EN

“COVİD-dən əvvəl 4850 dollar olan ÜDM bu il 7200-dür”

“Ölkəmiz qlobal iqtisadiyyatda özünü gücləndirib”.

“Qafqazinfo” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən plenar iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı bildirib.

“Azərbaycan enerji təhlükəsizliyində etibarlı tərəfdaşa çevrilib. Bölgənin və Avropanın 12 ölkəsinə Azərbaycan qazı ixrac ediləcək. Prezidentin rəhbərliyi ilə iqtisadi artım və dayanaqlılığa yönəlmiş islahatlar uğurla davam etdirilməkdədir. COVİD-dən əvvəl və 2024-cü il nəzərə alınmaqla, ölkədə ÜDM-in 14.4%, qeyri-neft qaz sektorunda isə 1.3 dəfə artım gözlənilir. Adambaşına ÜDM COVİD-dən əvvəl 4850 ABŞ dolları idisə, 2024-cü ildə 7200 ABŞ dolları olub”.

Nuranə Daxilqızı 

Chosen
15
1
qafqazinfo.az

2Sources