EN

Azərbaycan millisinin voleybolçusu: "Qızıl Avropa Liqasında gərgin mübarizə olacaq"

Məncə, bütün oyunlar gərgin mübarizə şəraitində keçəcək.

İdman.biz xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycan millisinin voleybolçusu Mariya Kirilyuk deyib.

29 yaşlı oyunçu Qızıl Avropa Liqasındakı hədəflərdən söz açıb:

"Yarışdakı rəqiblərimizi tanıyırıq. Hamı burada yüksək nəticə göstərmək istəyir. Komandamız da əlindən gələni edəcək. Qrupumuzda zəif rəqib yoxdur. Hamısı iddialı kollektivdir. Düşünürəm ki, komandamızın üzvləri də bu turnirdə yaxşı çıxış etmək üçün əllərindən gələni edəcəklər".

Qeyd edək ki, Azərbaycan yığması Qızıl Avropa Liqasında Macarıstan, Sloveniya, Slovakiya, Montoneqro, Rumıniya və Xorvatiya ilə üz-üzə gələcək. Turnir 2025-ci il 30 may - 6 iyul aralığında baş tutacaq.

İdman.biz

Chosen
12
idman.biz

1Sources