EN

Minimium əmək haqqı və pensiyalar ARTACAQ 

Yazını böyüt
Yazını kiçilt

2025-ci ilind dövlət büdcəsi Prezidentin müəyyən etdiyi təşəbbüsləri, milli inkişaf predmetlərindən irəli gələn sosial iqtisadi hədəfləri əhatə edir.

Hafta.az xəbər verir ki, bu haqda Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmraslanov bildirib. 

Komitə sədri bildirib ki, gələn ilin büdəcəsi artandır:

“3-4 faiz ÜDM artacaq. Gələn il inflyasiya 4-6 faiz olacağı gözlənilir. Büdcə kəsiri 3 milyarddan bir az çox olacaq. Dövlət büdcəsinin 49 faizi neft, 51 faizi isə qeyri-neft sektorundan gələcək. Şəhid ailələrinə, qazilərə dövlətin diqqət və qayğısı gələn il də davam etdiriləcək. Minimium əmək haqqı və pensiyaların artırılması, pensiyaların indeksləşdirilməsi gözlənilir. Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 14 dəfə üstələyir".

Onun sözlərinə görə, hazırda ölkənin valyuta ehtiyatları 73 milyard ABŞ dolları təşkil edir:

"Bu da ilin sonuna gözlənilən ümumi daxili məhsulun dəyərinə bərabər olmaqla 5,3 milyard ABŞ dolları təşkil edən birbaşa xarici borcdan 14 dəfə çoxdur. Azərbaycanın büdcəsinin sosial xərcləri 50 faiz Ermənistanı üstələyir”.

Chosen
6
4
hafta.az

5Sources