EN

Ölkədə qeyri-neft ixracı 2 dəfədən çox artıb - Mikayıl Cabbarov

"2019-2024-cü illərdə ölkədə qeyri-neft ixracı 2 dəfədən çox artıb". 

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

M.Cabbarov qeyd edib ki, inflasiya əhəmiyyətli dərəcədə aşağı düşərək 1.7 faiz müşahidə edilib. 

"Son illər dünyada baş verən geo-siyasi probləmlərə rəğmən Azərbaycan özünü gücləndirib. Prezidentin rəhbərliyi ilə iqtisadi dayanıqlılığın möhkəmləndirilməsi həyata keçirilir",- deyə M.Cabbarov əlavə edib.

Mina Mikayılova

Chosen
32
bakivaxti.az

1Sources