EN

Fransa səfirinin Qərbi Azərbaycan təxribatı nəyə hesablanıb? - FOTO

Fransanın Ermənistandakı səfiri Olivye Dekottini Azərbaycana qarşı təxribata əl atıb. Dekottini İran ərazisində Qərbi Azərbaycan vilayətinin xəritəsini paylaşaraq, “Tək və yeganə” sözlərini yazıb.

Fransalı səfir bununla təxribat xarakterli iki iddia irəli sürür:

1. Ermənistanın hazırda mövcud olduğu ərazilərin tarixi Qərbi Azərbaycan olması reallığını inkar edir;

2. Qərbi Azərbaycanın İranda “tək və yeganə” ərazi olduğu iddiası ilə Azərbaycan respublikasının mövcudluğuna da dil uzadır, yəni Azərbaycan adında ərazinin təkcə İranda olduğu kimi qondarma fikir irəli sürür;

Makron Administrasiyasının Azərbaycana qarşı təxribatları fonunda onun Ermənistana səfir göndərdiyi Dekottinin bu cür iddiaları o qədər də təəccüblü deyil. Lakin fransalı səfirin bu təxribatı niyə indi irəli sürməsi maraqlıdır.

Bunu Dekottinin Ermənistanın baş naziri Nikol Paşinyana mesajı kimi qəbul etmək olar: Paşinyan bir neçə gün öncə Qərbi Azərbaycanı ermənilərin “Qərbi Azərbaycan” iddiası ilə eyniləşdirməyə çalışdı; reallığa uyğun olmayan bu paralellik Ermənistanda “Paşinyan rəsmi Bakının Qərbi Azərbaycan konsepsiyasını legitimləşdirir” kimi etirazlara səbəb oldu; istisna deyil ki, Makron səfir Dekottini üzərindən Paşinyana mesaj göndərir, eyni zamanda, bununla Nikolun əleyhdarları ilə eyni mövqe sərgiləyərək, erməni müxalifətə “göz vurur”.

Asif Nərimanlı
publika.az

Chosen
17
1
turkustan.az

2Sources