EN

ABŞ-dan Türkiyəyə də təsir edəcək qərar: Bütün yolları bağladılar

Xəbər verdiyimiz kimi, Rusiya ötən həftə Ukraynaya qarşı ağır ballistik raketlərdən istifadə etməyə başlayıb. Bununla da ABŞ Moskvanın xaricdən əsas gəlirini təşkil edən “Qazprom” təbii qaz şirkətinə məxsus “Qazprombank”ı sanksiya siyahısına salıb.

Publika.az xəbər verir ki, iqtisadi ekspertlərin fikrincə, ABŞ Maliyyə Nazirliyinin bu addımı “Oreşnik” raketindən daha "dağıdıcı" təsirə malik olacaq. Bankın istifadə edilə bilməz hala gəlməsi ilə Türkiyə, Macarıstan, Yunanıstan, Slovakiya, Serbiya, Bolqarıstan, İtaliya və Avstriya Rusiyadan ixrac etdiyi təbii qazın ödənişini həyata keçirə bilməyəcək. Kreml alternativ ödəniş üsullarını araşdırmağa başlasa da, böhranın ən ciddi şəkildə yanvar ayında hiss olunacağı təxmin edilir.

ABŞ reaksiya vermir

Sanksiya qərarı Türkiyənin xarici işlər naziri Hakan Fidanın ötən həftə parlamentdə büdcə müzakirələri zamanı etdiyi çıxışda da gündəmə gətirilib. Nazir Türkiyənin qaz idxalının 40 faizinin “Qazprom” vasitəsilə həyata keçirildiyini vurğulayaraq, bu vəziyyətin “ABŞ-ın vecinə olmadığını” bildirib. Fidan Türkiyənin bütün maliyyə infrastrukturunu Qərbə, müdafiəsini isə NATO-ya bağladığına diqqət çəkib.

“Union Pay” bağlandı

Chosen
19
publika.az

1Sources