EN

Çində qar fırtınası ilə əlaqədar "sarı həyəcan" elan edildi

Çin Milli Meteorologiya Mərkəzinin verdiyi açıqlamada, ölkənin şimal və mərkəzi bölgələrinin əksəriyyətində hava istiliyinin yaxın 4 gündə 6-10 dərəcə aşağı düşəcəyi bildirilib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, açıqlamada bu gün və sabah Daxili Monqolustan Muxtar Bölgəsində və ölkənin şimal-şərqindəki Heylongciang, Cilin və Liaoniq əyalətlərində qar fırtınası gözlənildiyi, pis hava şəraiti ilə əlaqədar sarı xəbərdarlıq elan edildiyi bildirilib.

Buna görə də sürücü və piyadalardan qarlı hava şəraitində daha diqqətli olmaları tövsiyə edilib, yerli hakimiyyət orqanları isə avtomobil yolları, dəmir yolları, elektrik verilişi və kommunikasiya xətləri ilə bağlı lazımi tədbirlər görməyə çağırılıb.

Çinin 4 mərhələli soyuq hava xəbərdarlığı sistemində \"sarı\" üçüncü xəbərdarlıq səviyyəsini təmsil edir.
 
Təcililik sırasına görə, \"qırmızı\" ən yüksək səviyyə hesab olunur, ondan sonra \"narıncı\", \"sarı\" və \"mavi\" gəlir.
 
Gülay
Chosen
20
2
azxeber.com

5Sources