EN

Gələn ilin dövlət büdcəsindən hərbiyə 8,4 milyard manat ayrılacaq

Dövlətimizin başçısının qarşımızda qoyduğu tapşırıqların icrasının təmini 2025-ci ilin dövlət büdcəsinin layihəsi hazırlanarkən əsas götürülüb. Azərbaycan Respublikasının 2030-cu ilədək sosial-iqtisadi inkişafına dair milli prioritetlərinə söykənən 2022-2026-cı illərdə sosial iqtisadi inkişaf strategiyasının məqsədlərinin reallaşması, o cümlədən Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması və onlara layiqli həyat şəraitinin yaradılması, işğaldan azad olunmuş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası, müdafiənin və milli təhlükəsizliyin daha da möhkəmləndirilməsi, əhalinin etibarlı sosial təminatının gücləndirilməsi ümdə vəzifələr kimi qəbul edilib.

Demokrat.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov parlamentin noyabrın 25-də keçirilən iclasında deyib

Chosen
6
2
demokrat.az

10Sources