EN

Məşhur ulduzdan şok açıqlama

Dünyanın ən məşhur və zəngin ailələrindən birinin varisi kimi məşhur olan Paris Hilton bütün həyatını böyük bolluq və şöhrət, gecə həyatı və ehtiyatsız münasibətlərlə yaşayıb. Sürətlə keçən gecə həyatı, daim dəyişən sevgililəri, nişan və evlilik dönüşləri, qarışdığı qalmaqallarla adı hər zaman manşetlərdə olub.

Tribunainfo.az Hürriyet-ə istinadən xəbər verir ki,
43 yaşlı Hilton həm də qocalmasına baxmayaraq bədən quruluşu və dəyişməz gözəlliyi ilə məşhurdur.

Bununla belə, o, zamanın sınağından çıxmış bir görünüş əldə etmək üçün heç vaxt bıçağın altına girməyib. Ən azından Paris Hilton iştirak etdiyi verilişdə belə bir iddia ilə çıxış edib. Həm də nəinki bıçağın altına girmədiyini deyir hətta Paris Hilton hələ də heç vaxt botoks və ya dolğu tətbiq etmədiyini iddia edir və təbii olaraq geriyə doğru qocaldığını deyir.

Paris Hiltonun heç bir müdaxilə etmədən qoruyub saxladığı gözəlliyinin sirri anası Keti Hiltonun dəriyə qulluq tövsiyələridir.

 

Ceyran

Chosen
30
tribunainfo.az

1Sources