EN

Məhkəmədən əlillik pensiyası kəsilən qazi ilə bağlı QƏRAR

Bakı İnzibati Məhkəməsində 1-ci Qarabağ Müharibəsinin veteran döyüşçüsünün əlillik pensiyasının bərpa edilməsi ilə bağlı qaldırılmış iddiaya baxılıb. 
 
Bu barədə vəkil İlqar Allahverdiyev Moderator.az-a məlumat verib. 
 
O bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsə döyüş əməliyyatları zamanı aldığı travmaya görə əlillik təyin olub və 20 il ərzində əlilliyə görə pensiya alıb. Lakin 2024-cü ilin mart ayında Tibbi-Sosial Ekspert Komissiyası (TSEK) tərəfindən əlilliyi qanunsuz şəkildə ləğv edilib: “Hüquqi əsaslandırılmış şəkildə məhkəmədə iddia qaldırdıq və Bakı İnzibati Məhkəməsi TSEK-n qanunsuz qərarının ləğv edilməsinə və əlilliyin bərpa edilməsinə dair iddiamızı təmin etdi. Veteran döyüşçü hüquqi müstəvidə mübarizə apardı və qazandı”.
Chosen
13
moderator.az

1Sources