EN

Silk Way Alat Free Economic Zone şirkəti və Modern Construction Group əlamətdar saziş imzalayıb

Bakı. Trend:

SW AFEZCO və Modern Construction Group arasında mühümlayihələndirmə və tikinti saziş imzalanıb. Razılaşma Silk Way CargoVillage karqo kəndinin inkişafı baxımından böyük əhəmiyyət kəsbedir. Müasir tələblərə cavab verən bu layihə Azərbaycanın logistikavə yükdaşımalar üzrə qlobal mərkəzə çevrilmək öhdəliyinivurğulamaqla Ələt Azad İqtisadi Zonasında həyata keçiriləcək.

Modern Construction Group Silk Way Cargo Village karqo kəndininbir hissəsi kimi üç əsas obyektin layihələndirilməsi və tikintisinihəyata keçirəcək: yük terminalı, Silk Way ofis binası vəekspeditorların birgə istifadəsi üçün nəzərdə tutulmuş ərazi. Sazişbu obyektlərin yaşıl və dayanıqlı infrastrukturun beynəlxalqstandartlarına uyğun şəkildə inşa edilməsini təmin edir.

Layihə SW AFEZCO-nun aviasiya və logistika sahələrində innovativvə effektiv həlləri təşviq etməyə, dayanıqlı inkişafı dəstəkləməyəvə regionlar arasında əlaqələri möhkəmləndirməyə yönəlmiş səyləriniəks etdirir.

"Bu razılaşma Azərbaycanın aparıcı qlobal logistika mərkəzi kimimövqeyini möhkəmləndirməsi istiqamətində dönüş nöqtəsi hesab olunabilər," – deyə SW AFEZCO-nun baş direktoru Cavad Dbila qeyd edib."Tam avtomatlaşdırılmış 30000 m2 sahəli Xəzər dənizi regionunun ənböyük yük terminalı dayanıqlı inşaat sahəsində yeni standartlarmüəyyən edəcək və Avropa ilə Asiya arasındakı ticarət əlaqələrinigücləndirərək Azərbaycanın qlobal logistika şəbəkəsindəki stratejimövqeyini təsdiq edəcək".

Öz növbəsində, Modern Construction Group-un direktoru ArifQuliyev Silk Way AFEZCO ilə bu əhəmiyyətli layihədə əməkdaşlığıböyük şərəf adlandırıb: “Mürəkkəb infrastruktur layihələrininicrasındakı təcrübəmiz Silk Way Cargo Village karqo kəndininAzərbaycanın logistika ekosisteminin əsas elementi olmasını təminedəcək".

Layihənin 2026-cı ilin iyul ayına qədər tamamlanmasıplanlaşdırılır və bu, beynəlxalq ticarət əlaqələrinin inkişafındaAFEZ-in strateji əhəmiyyətini daha da artıracaq.

Silk Way Alat Free Economic Zone şirkətihaqqında

Silk Way Alat Free Economic Zone şirkəti Silk Way Group-aaid müstəqil bir qurumdur və Ələt Azad İqtisadi Zonasında dayanıqlıaviasiya və logistika infrastrukturunu inkişaf etdirir. Şirkətyaşıl hava limanı və karqo kəndi kimi transformativ layihələriidarə etmək üçün təsis edilib. SW AFEZCO qabaqcıl dayanıqlıtexnologiyaları və innovativ logistika həllərini inteqrasiya edərəkAzərbaycanın aparıcı tranzit mərkəzi statusunu möhkəmləndirir.Şirkətin təşəbbüsləri milli və beynəlxalq standartlara uyğundur,həmçinin iqtisadi inkişafı və ekoloji məsuliyyəti təşviqedir.

Modern Construction Group haqqında

MCG, yerli və beynəlxalq bazarlarda təxminən 30 illiktəcrübəyə malik olan bir şirkətdir və dünyanın ən yüksəkstandartlarına cavab verən 100-dən artıq layihəni uğurlatamamlamışdır. Şirkətin peşəkar mütəxəssislərdən ibarət komandasıgeniş sahələr üzrə tam inteqrasiya olunmuş layihələndirmə vətikinti xidmətləri təqdim edir. Strateji planlaşdırmadan vəmemarlıqdan tutmuş mühəndislik, sənaye və mülki tikinti sahələrinəqədər MCG hər ölçüdə layihələrə uyğunlaşdırılmış kompleks həllərtəklif edir.

MCG qabaqcıl tikinti idarəetmə üsullarını, müasirtexnologiyaları, innovativ yanaşmaları və yüksək ixtisaslımütəxəssislərinin təcrübəsini tətbiq edərək layihələri vaxtında vəbüdcəyə uyğun şəkildə tamamlayır. Şirkətin portfeli BP, Tecnimont,Técnicas Reunidas, SOCAR, Halliburton, Schlumberger, AZANS, IsraelShipyards, AZFEN və Saipem kimi dünyanın aparıcı təşkilatları iləəməkdaşlıqları əhatə edir. MCG təcrübə, innovasiya və mükəmməlliyinbirləşməsinin təcəssümüdür və bu, komandaya ən mürəkkəb layihələribelə dəqiqliklə və yüksək keyfiyyətlə həyata keçirməyə imkanyaradır.

Chosen
16
3
az.trend.az

4Sources