EN

Britaniya XİN rəhbəri: Netanyahunun Birləşmiş Krallığa səfər etsə lazımi prosesə əməl edəcəyik

İsrailin baş naziri Benyamin Netanyahu Birləşmiş Krallığa səfər edəcəyi təqdirdə Böyük Britaniya lazımi prosesə əməl edəcək.

APA “Reuters”ə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi İtaliyada keçirilən G7 görüşündə jurnalistlərin Netanyahunun Birləşmiş Krallığa səfər etsə, Böyük Britaniyanın Beynəlxalq Cinayət Məhkəməsinin onun həbsinə dair çıxardığı əmri yerinə yetirəcəkmi sualına cavab olaraq bildirib.

"Biz Roma statusunu imzalayan tərəfik, biz həmişə beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq çərçivəsində öhdəliklərimizə sadiqik, əgər Böyük Britaniyaya belə bir səfər olsaydı, məhkəmə prosesi olardı və bu məsələlərlə bağlı lazımi prosesə əməl olunardı” - deyə Lemmi bildirib.

Chosen
10
6
apa.az

7Sources