EN

"Ermənilərin “Qərbi Ermənistan” iddiası birbaşa ərazi iddiasıdır" - ŞƏRH

Fransanın Ermənistandakı səfiri Olivye Dekottinin son addımı müzakirə obyekti olub. Belə ki, o, İran ərazisində Qərbi Azərbaycan vilayətinin xəritəsini “tək və yeganə” sözləri ilə paylaşıb.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Asif Nərimanlı deyib ki, bu, Bakıya qarşı təxribatdır.

 

Onun sözlərinə görə, Makron Administrasiyasının Azərbaycana qarşı fəaliyyəti fonunda səfirin bu addımı o qədər də təccüblü deyil:

 

“Paşinyan bir neçə gün öncə ölkəsinin İctimai Televiziyasına müsahibəsində Qərbi Azərbaycanı ermənilərin “Qərbi Ermənistan” iddiası ilə eyniləşdirməyə çalışdı. Bunun siyasi və hüquqi məntiqi yoxdur. Azərbaycanlıların öz yurduna qayıdışı beynəlxalq hüquqda qaçqın təsnifatına uyğundur, ermənilərin “Qərbi Ermənistan” iddiası isə birbaşa ərazi iddiasıdır. Erməni Baş nazirin apardığı paralellik azərbaycanlıların qayıdış hüququnu “ərazi iddiası” kimi təqdim etmək, erməniləri isə ərazi iddialarından imtina etməyə sövq etmək məqsədi daşıyır. Nikolun bu mövqeyi Ermənistanda ciddi müzakirələrə səbəb oldu. Əleyhdarlarına “Paşinyan rəsmi Bakının Qərbi Azərbaycan konsepsiyasını legitimləşdirir” ittihamı irəli sürmək imkanı yaratdı”.

 

Siyasi ekspert bildirdi ki, bu kontekstdə Dekottinin Qərbi Azərbaycan iddiası da adi təxribat deyil: 

 

“İstisna deyil ki, Makron səfiri üzərindən Paşinyanın opponentlərinə - müxalifətə “göz vurur”. Eyni zamanda, erməni Baş nazir Qərbi Azərbaycan konsepsiyasına qarşı olduğunun mesajını çatdırır”.

 

Günay 

Chosen
18
sfera.az

1Sources