EN

"Xalq Bank"dan hüquqi şəxslər üçün sərfəli avtokredit

"Xalq Bank" biznes sahiblərinə özəl sərfəli avtokredit kampaniyasına start verir.

"Unikal" xəbər verir ki, kampaniyada "Autolux Azerbaijan"ın təqdim etdiyi praktik dizayn və çevik performansı ilə biznes ehtiyaclarını qarşılayan FIAT Doblo və FIAT Ducato markalı avtomobilləri sərfəli avtokredit şərtləri ilə əldə etmək mümkün olacaq. Avtokredit illik 12 %-lə və 48 ayadək müddətə təqdim edilir. İlkin ödəniş 20%-dən başlayır, kredit daşınmaz əmlakın girovu ilə əldə edildikdə ilkin ödəniş tələb olunmur. 31.01.2025-ci il tarixədək qüvvədə olan kampaniyadan yalnız hüquqi şəxslər yararlana bilərlər.

Həmçinin, kampaniya çərçivəsində avrokreditdən yararlanan müştərilərə "Xalq Bank"dan 1 illik Visa Platinum Business ödəniş kartı hədiyyə olunur. Visa Platinum Business kartı müxtəlif biznes ödənişlərinin aparılması, işgüzar səfərlər zamanı dünyanın istənilən nöqtəsində premium xidmətlərdən rahatlıqla yararlanma imkanını təqdim edir. Buraya müxtəlif hava limanlarının biznes zallarına ödənişsiz keçid, sürətli keçid (Fast Track), peşəkar Visa konsyerj servisi və digər imtiyazlar daxildir. Kart hesabına onlayn nəzarət və müxtəlif bank əməliyyatlarının məsafədən icrası XalqOnline mobil tətbiqilə rahatlıqla mümkündür.

Bu il fəaliyyətinin 20 ilini qeyd edən Xalq Bank hazırda regionun ən dinamik inkişaf edən maliyyə qurumlarından biridir. Bank müxtəlif alternativ satış kanalları ilə yanaşı, ölkə üzrə 30 filialdan ibarət xidmət şəbəkəsi və peşəkar heyəti ilə müştərilərə müasir və rahat bankçılıq xidmətləri təklif edir.

"Xalq Bank"ın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az/ rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.

Chosen
116
27
unikal.az

10Sources