EN

Deputat 25 kənddə pilot layihənin keçirilməsini təklif edib

Kəndlərin bərpası üçün ən azı 25kənddə pilot layihələrin icra olunmasına ehtiyac var. Bunu deputat Razi Nurullayev deyib. 
  
"Hər kəs kəndləri tərk edir. Ən azı 25 kəndin abadlaşdırılması ilə bağlı pilot layihələr həyata keçirilməlidir. Kəndlər elə bir vəziyyətə salınsın ki, normal iş yerləri yaransın", -  noyabrın 25-də Milli Məclisdə "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib. 
 
Deputat həmçinin xahiş edib ki, İmişlidə olan kanalzasiya problemi həll olunsun, çünki bu problem vətəndaşlar üçün ciddi narahatlıq yaradır. 
 
Gülnar Nazimqızı 
 


www.anews.az
Chosen
23
anews.az

1Sources