EN

AB Ukraynaya qoşun yeritmək istəyir - Kremldən cavab

AB

Avropa elitaları öz ölkələrindən qoşun və ya heç olmasa Kiyevə dəstək üçün özəl muzdlular göndərmək fikrində yekdil deyil, lakin bəzi “qaynar başlar” bu barədə düşünür.

Xalqcebhesi.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Fransanın “Le Monde” qəzetinin məqaləsini şərh edərkən deyib.

“Siz və mən bu mesajların nə dərəcədə doğru olduğunu bilmirik. Əvvəllər Avropanın müxtəlif paytaxtlarından belə fikirlər səslənirdi, lakin bu ideyanın xeyrinə olmayan müxtəlif əks arqumentlər də səslənirdi”, - o bildririb.

Qetd edək ki, sözügedən nəşr Trampın başçılıq etdiyi gələcək Amerika administrasiyasının Kiyevə mövcud dəstəkdən gözlənilən imtinası fonunda Avropa elitasının Ukraynaya mümkün qoşun göndərilməsi ilə bağlı müzakirələrə qayıtması barədə məlumat yayıb.

Chosen
20
3
xalqcebhesi.az

4Sources