EN

Azərbaycan-Türkiyə sərhədində yük maşınlarının sıxlığı yarandı - SƏBƏB?

Son günlər Azərbaycan-Türkiyə dövlət sərhədində qonşu ölkəyə gedən yük nəqliyyat vasitələrinin sıxlığı yaranıb.

Korrespondent.az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsindən bildirilib ki, sıxlığın səbəbi Türkiyə Respublikasının "Dilucu" sərhəd-keçid məntəqəsində Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin (NCTS) proqram təminatının yeni mərhələsinin tətbiqi ilə əlaqədardır.

Sürücülərdən mövcud vəziyyəti nəzərə almaları xahiş olunur.

Hazırda "Sədərək" gömrük postu gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və yaxın günlərdə nəqliyyat vasitələrinin sürətli keçidi tam təmin olunacaq.

Chosen
17
10
korrespondent.az

10Sources