EN

Trampın sözlərindən sonra miqrantlar Nyu Yorku tərk edirlər

Trampın sözlərindən sonra miqrantlar Nyu Yorku tərk edirlər

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın kütləvi deportasiyalar həyata keçirmək vədləri fonunda Nyu Yorkda yaşayan miqrantların sayı nəzərəçarpacaq dərəcədə azalır.AFN.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb. Bildirilir ki, metropolda miqrantların sayında azalma təxminən beş aydır ardıcıl olaraq baş verir. Belə ki, noyabrın 17-nə olan məlumata görə, şəhərdə sığınacaqlarda və digər miqrantların qəbulu mərkəzlərində təxminən 57 min insan olub ki, bu da onların sayının 69 minə çatdığı yanvar ayı ilə müqayisədə 17% azdır - Meksika sərhədi rekord aşağı səviyyəyə düşüb. Qəzetin yazdığına görə, Nyu-Yorkda miqrantların sayı daha da azalmağa davam edəcək.Tramp dəfələrlə ictimai çıxışlarında bildirib ki, inauqurasiyadan sonra Amerika tarixində qeyri-qanuni miqrantların deportasiyası üzrə ən böyük əməliyyatı həyata keçirmək niyyətindədir.

Chosen
23
2
afn.az

3Sources