EN

Moskva–Şarja reysini yerinə yetirən təyyarə Bakı hava limanına məcburi eniş edib

Bakı. Trend:

Air Arabia" aviaşirkətinin Moskva–Şarja reysini yerinə yetirənhava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportunaməcburi eniş sorğusu göndərib.

Trend xəbər verir ki, buqərar göyərtədə olan sərnişinlərdən birinin səhhətinin qəflətənpisləşməsi ilə əlaqədar olaraq qəbul edilib.

“Airbus A320” təyyarəsi təhlükəsiz şəkildə yerli vaxtla saat18:54-də Bakı hava limanına eniş edib. Hadisə ilə əlaqədar olaraqaeroportun müvafiq xidmətləri yüksək hazırlıq vəziyyətinəgətirilib.

Təcili tibbi yardım briqadası sərnişinə yerində operativ şəkildəyardım göstərib. Daha sonra müayinə üçün xəstəxanayaçatdırılıb.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu fövqəladəhallara çevik reaksiya göstərmək və sərnişinlərin təhlükəsizliyinitəmin etmək üçün müasir tələblərə uyğun bütün zəruri infrastrukturvə yüksək peşəkarlığa malik komandaya sahibdir.

Chosen
36
39
az.trend.az

10Sources