EN

COP29 Prezident İlham Əliyevin rəhbərliyi iləAzərbaycanın növbəti qlobal uğuru oldu

keçirilən COP29 başa çatdı. 12 gündavam edən bu sessiya iqlim dəyişiklikləri iləmübarizə sahəsində bir sıra vacib razılaşmalarınəldə olunması, dövlətlər və şirkətlər arasındamüxtəlif sazişlərin bağlanması ilə yadda qaldı.Əldə olunan müsbət nəticələr həm dərespubilkamızın COP29-a sədrliyinin uğurlarıoldu. 

Bu barədə bəhs etməzdən öncə onu qeydetməliyik ki, COP29 birinci növbədə ən yüksəksəviyyədə təşkilatçılığı ilə yadda qaldı. VaxtiləBakıda keçirilmiş digər beynəlxalq tədbirlər zamanıolduğu kimi ölkəmiz bu dəfə də təşkilatçılıqbaxımından nümunə göstərdi. Bu barədə qəzet vəteleviziyalarda, xəbər saytlarında çox saylıinformasiyalar verildi. Hazırlıq işləri isə bir ildən də azvaxtda həyata keçirilmişdi. Cənab Prezident İlhamƏliyevin sosial şəbəkə hesablarındakı paylaşımındaqeyd etdiyi kimi müddətin qısa olmasına baxmayaraq, Azərbaycan COP-un rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıqları həyata keçirməyə nail oldu. 

Bakıya gələn xarici qonaqlar jurnalistələrəverdikləri açıqlamalarda Azərbaycanın evsahibliyini, ümumiyyətlə, bütün təşkilatçılığı və kommunikasiyaməsələlərini yüksək qiymətləndirdilər, başqaölkələrdə görmədikləri qonaqpərvərlikləqarşılandıqlarını qeyd etdilər. Habelə xarici qonaqlarBakının gözəlliyinə, Azərbaycan mətbəxinə heyranolduqlarını bildirdilər. Ölkəmizə gələn xaricivətəndaşlar həm də Azərbaycanın inkişafı, 44 günlükVətən müharibəsinin nəticələri, xalqımızın tarixizəfəri ilə daha yaxından və obyektiv şəkildə xəbərdaroldular. Əlbəttə, bunlar dövlətimizin böyükuğurlarıdır. Bu baxımdan COP29 Azərbaycanınnailiyyətlərinin dünyada təbliğ edilməsində vətanıdılmasında böyük rol oynadı.

İkincisi, COP29 ölkəmizin antiazərbaycançı vəermənipərəst dairələr üzərində daha bir möhtəşəmqələbəsi oldu. Məlum olduğu kimi COP29-unrespublikamızda keçirilməsi barədə qərar qəbulediləndən sonra Qərbdəki antiazərbaycançı dairələrAzərbaycana qarşı yeni qarayaxma kampaniyasınabaşlamışdılar. Onlar vaxtaşırı Azərbaycan əleyhinəaçıqlamalar verir, Avropa Parlamentində ölkəmizləbağlı qərəzli sənədlər qəbul edir, dövlət və hökumətbaşçılarını COP29-da iştirak etmək üçün Bakıyagetməməyə çağırırdılar. Bu da onların Azərbaycanın44 günlük müharibədəki zəfəri ilə barışabilməmələrindən və COP29-un ölkəmizdəkeçirilməsinə qarşı çıxmalarından irəli gəlirdi. 1 iləyaxın idi ki, erməni lobbisinin təsiri altında olanavropalı siyasətçilər öz açıqlamalarındariyakarcasına bu tədbirin ölkəmizdə keçirilməməsi iləbağlı çağırışlar edir, Azərbaycanın uğurlarına kölgəsalmağa çalışırdılar. 

Antiazərbaycançı dairələr ən iyrənc formalarda vəmənəviyyatsızcasına ölkəmizə qarşı hibrid müharibəaparsalar da, onların qərəzli niyyətlərinin heç biri baş tutmadı. COP29 tarixdə ən yüksək səviyyədə təşkilolunmuş COP sessiyalarından biri kimi qaldı. Butədbirdə iştirak etmək üçün Bakıya 80 dövlət və hökumət başçısı gəldi. Bu, həm Prezident İlhamƏliyevə, həm də Azərbaycana olan hörmətdən, ehtiramdan xəbər verdi. Qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçı COP29-da iştirak etdi. Bir sözlə, genişmiqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan bu sınaqdan üzüağ alnıaçıq çıxdı. Antiazərbaycançı dairələrin COP29-la bağlı bütün planları iflasa uğradı. 

Bütün dünyada narahatlıq doğuran iqlim dəyişiklikləri böyük ekoloji təhdidlər yaratmaqdadır. Bəşəriyyət artıq bir neçə onilliklərdir ki, bu təhdidlərin olduqca ağır nəticələri ilə qarşı qarşıyadır. Azərbaycan da iqlim dəyişikliyinin yaratdığı fəsadlarla üzləşir. Lakin məmnunluqla qeyd etməliyik ki, Azərbaycan bu problemə qarşı mübarizəyə mühüm töhfələr verən, «yaşıl enerji» ilə bağlınümunələr yaradan dövlətlər sırasında yer alır. Respublikamızın bu sahədə yaratdığı nümunələr COP29-da keçirilən panel müzakirələrində iştirakçılar tərəfindən təqdir edildi. Bu da öz növbəsindəAzərbaycan üçün «yaşıl enerji» sahəsində yeniəməkdaşlıqlar baxımından mühüm prespektivlər vədedir.

COP29-da əldə olunan razılaşamalara gəldikdə,əvvəlcə onu qeyd etmək istərdim ki, bundan əvvəlkeçirilmiş COP sessiyalarında iqlim fəsadları ilə bağlımüzakirələr aparılsa da, əsas problemlər ətrafındamüsbət nəticələr əldə etmək mümkün olmamışdı. Bubaxımdan ölkəmizdə keçirilən sessiya əvvəlkilərləmüqayisədə fərqləndi və Bakıda iqlim dəyişiklikləri iləmübarizə məsələlərində vacib razılaşmalar əldəedildi. Bunlardan biri İqlim üzrə Paris sazişinin 6-cı maddəsinin tam razılaşdırılmasıdır. Bunu böyük tarixiuğur da adlandıra bilərik. Çünki 10 il idi ki, bu maddə üzrə aparılan danışıqlar heç bir nəticə vermirdi. Buda iqlim dəyişiklikləri ilə mübarizəyə əlavə vəsait cəlb edilməsinə maneçilik yaradırdı. Artıq bu maneçilikBakıda aradan qaldırıldı.

COP29-da qəbul olunan ən önəmli qərarlardan biri Bakı Maliyyə Məqsədi barədə razılığın əldə olunmasıdır. Bu razılıq inkişaf etmiş ölkələrtərəfindən 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsinin təmin edilməsi üçün qarşıya yeni qlobalöhdəlik qoyur. Buraya əvvəlki 100 milyard ABŞ dolları həcmində hədəfi üç dəfə üstələyən 300 milyard ABŞ dolları həcmində yeni əsas maliyyə hədəfi daxildir. Müzakirələr ilkin olaraq 200 milyard dollar rəqəmi ətrafında gedirdi. Ancaq Azərbaycanın uğurlu moderatorluğu ilə bu rəqəm 300 milyard dollara qaldırıldı. Bu, inkişaf etməkdə olan ölkələrə iqlim dəyişmələrinin fəsadları ilə daha insensivmübarizə aparmaqda kömək edəcək. 

Bakıda əldə olunan razılaşmalardan və COP29 Sədrliyinin əsas uğurlarından biri iqlim dəyişiklikləriilə mübarizə məqsədilə İtki və Zərər Fondunun tam işlək vəziyyətə gətirilməsidir. Fondun 2025-ci ildən tam fəaliyyətə başlaması planlaşdırılır. Fonda iştirakçı ölkələr tərəfindən vəd edilən maliyyə vəsaitinin həcmi isə 730 milyon ABŞ dollarından artıqdır. 

Göründüyü kimi COP29-da iqlim tədbirləri üzrə bir neçə prioritet istiqamətdə müsbət nəticələr əldəedildi.Prezident İlham Əliyev sosial şəbəkəhesablarındakı paylaşımında COP29-un nəticələribarədə deyib: «Mən Bakı nailiyyətini çoxtərəfliliyin təntənəsi kimi qiymətləndirirəm. COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir və mən inanıram ki, bu irs gələcək qlobal iqlim fəaliyyətinə müsbət təsir göstərəcək».

Azərbaycanın COP29 Sədrliyi olaraq apardığı intensiv fəaliyyət nəticəsində əldə edilmiş irəliləyişlər bütün proqnozları üstələdi. Bütün bunlarAzərbaycanın diplomatiyasının tarixi uğurlarıdır.Ölkəmiz COP29-a uğurla evsahibliyi etdiyi kimi iqlimdəyişiklikləri ilə qlobal mübarizənin daha sürətləhəyata keçirilməsinə də layiqli töhfələr verdi. Bütövlükdə, COP29 Prezident İlham Əliyevinrəhbərliyi ilə Azərbaycanın növbəti qlobal uğuruoldu. Xanlar Fətiyev, Milli Məclisin deputatı

Chosen
41
missiya.az

1Sources