EN

Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: Kişini tapıb ayağını öpdürdü – VİDEO

Azərbaycanda daha bir tiktoker qiyabi həbs edilib.

NOCOMMENT.az xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, bu barədə Nərimanov Rayon Məhkəməsi qərar çıxarıb.

Belə ki, tiktoker Duana Quliyeva canlı yayımda olarkən bir nəfər onu söyüb. Duana onu adından tanıyıb və əvvəllər evində işləyən usta olduğunu bilib. Bu barədə o, ustanı ona tanıdan şəxsə məlumat verib. Həmin şəxs digər iki qohumu ilə birgə ustanı taparaq, Nərimanov rayonunda binalardan birinin arxasında Duana ilə görüşdürüblər. Burada usta Duanadan üzr istəyib və onun ayaqqabısından öpməyə məcbur edilib.

Hadisədən sonra usta polisə şikayət edib.

Nəticədə, Duananın barəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Nərimanov Rayon Məhkəməsi Duana və digər iki nəfər barəsində ev dustaqlığı qətimkan tədbiri seçib.

Chosen
17
21
nocomment.az

10Sources