EN

Deputatlar əlbəyaxa dava etdilər

Hakim Serb Tərəqqi Partiyasından (SPP) olan serb deputatlar və müxalifət milli parlamentdə, Assambleyada dava salıblar.
 

Sfera.az xəbər verir ki, iclasın yayımı qanunverici orqanın rəsmi saytında yerləşdirilib.
 

Belə ki, iclasda müxalifət fit çalmağa, hay-küy salmağa başlayıb: hakim partiyanın nümayəndələri onların yanına çıxıblar, bundan sonra qanunvericilik məclis zalında deputatlar bir-birini itələməyə, bir-birinin üstünə su tökməyə, qadın deputatlar isə bir-birinin saşlarını dartmağa başlayıblar.
 

“Bütün deputatlardan xahiş edirəm, dərhal öz yerlərində əyləşsinlər! Bu ayıbdır! Dərhal yerlərinizi alın!” - parlamentin spikeri Ana Brnabiç qışqırıb.
 

Qeyd edək ki, ən son iyun ayında Ermənistan parlamentində baş nazir Nikol Paşinyanın erməni generalları qorxaqlıqda ittiham etməsindən sonra dava düşüb.

 

İnci

Chosen
31
sfera.az

1Sources