EN

“Hə, 2 dəfə evlənmişəm, sensasiyaya bax! Özüm bilərəm!”

“Mən sosial formatda olan verilişlərə insanlara kömək olmaq üçün gedirdim. Çıxmırdım ki, orada kimlərinsə geybətini edim, arxasıyca danışım, qırığın salım və bu yolla gündəmə gəlim. Mən ümumiyyətlə belə şeyləri qəbul edən insan deyiləm”.

Bu sözləri Əməkdar artist Rəhman Rəhmanov “YouTube”da yayımlanan “Künc-Bucaq” layihəsində deyib.

O bildirib ki, aparıcılar sənətkarları efirə çağırıb, şəxsi həyatı ilə bağlı verilən suallarla tamaşaçıların gözündən salmağa çalışırlar:

“Gördüm ki, artıq o verilişlərdə mənim üstümə gəlirlər. "Rəhman efirdə danışmır", "onun həyatında belə şeylər var, bunu qabardaq bir az, görək nələr deyəcək".

Nə deyəcəyəm? Aparıcı sual verir ki, 2 dəfə evlənmisiniz. Hə, 2 dəfə evlənmişəm, sensasiyaya bax! Rəhman Rəhmanov 2 dəfə evli olub. Nə olsun?! Ölkənin 50 faizi 2 dəfə evli olub.

İç dünyam öz işimdir. Sənətimdən, işimdən danış. Sən xalqın sənətkarını niyə alçaldırsan?”/olay

Chosen
6
3
musavat.com

4Sources