EN

DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır

Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi imtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə və təlimlər başlanır.

Mərkəzdən bildirilib ki, müsahibələrə noyabrın 20-dək DİM-in saytında qeydiyyatdan keçmiş 690 namizəd dəvət olunacaq.

Dövlət İmtahan Mərkəzinin məsul əməkdaşları tərəfindən aparılacaq müsahibələr DİM-in inzibati binasında (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, akademik Həsən Əliyev küçəsi, 299) və regional bölmələrində təşkil olunacaq.

Müsahibənin vaxtı və yeri namizədin öz anketində qeyd etdiyi elektron poçt və ya mobil telefon nömrəsi vasitəsilə bildirilir.

Müsahibəyə gələrkən aşağıda qeyd olunan sənədlər təqdim edilməlidir:

- Şəxsiyyət vəsiqəsi və surəti;

- Buraxılış rejimini aparan əməkdaşın anketi (dim.gov.az saytında (https://eservices.dim.gov.az/muhafize_qeyd/userlogin.aspx) elektron anket təsdiq etdikdən sonra çap edilərək namizəd tərəfindən imzalanır);

- İş yerindən arayış (iş yeri olduğu halda);

- Anketində qeyd etdiyi bank rekvizitləri (rekvizitlərin aid olduğu bankdan möhürlü kağız formasında alınmalıdır);

- Təhsil haqqında sənədin əsli və surəti;

- Məhkumluğun olmamasına dair arayış (“ASAN xidmət” mərkəzlərində ödənişsiz əldə edilir).

Təqdim edilmiş məlumatlar müvafiq dövlət qurumlarının elektron informasiya bazalarında yoxlanılacaq və hər hansı uyğunsuzluq aşkar edilərsə, namizədin müraciəti ləğv olunacaq.

Müsahibədən uğurla keçən şəxslər müvafiq təlimə cəlb olunacaq.

Müsahibə və təlimlər ödənişsizdir.

Chosen
21
8
yeniazerbaycan.com

10Sources