EN

Türkiyədə 70 kq qızılla tutulan diplomat Bakıya gətirilib - Haqqında həbs qərarı verildi + FOTOLAR (YENİLƏNİB)

Məmmədov Qəhrəman Şamil oğlu barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəmə prosesi keçirilib.

Mia.az-ın "Report"a istinadla məlumatına görə, müəyyən edilib ki, Məmmədov Qəhrəman Şamil oğlu Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Cinayət Məcəlləsinin 12.1, 206.3.2, 206.3.3 (ölkə hüdudlarından kənarda qaçaqmalçılıq) və 341.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunur.

Musavat.com xəbər verir ki, Türkiyə mediasının yaydığı məlumata əsasən, Azərbaycanın Səudiyyə Ərəbistanındakı diplomatik nümayəndəliyində çalışan hərbi attaşe, polkovnik-leytenant E. C. qızıl qaçaqmalçılığı ilə əlaqədar ittiham olunur.

Hadisənin mahiyyəti Səudiyyə Ərəbistanı hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı aşkar edilib və 70 kiloqram qızılın qaçaq yolla daşınması ittihamların mərkəzində dayanır.

'Diplomatım' dedi üzerinden 70 kilo altın çıktı

Azərbaycanın müvafiq dövlət qurumları məsələnin ciddiliyini nəzərə alaraq E. C.-ni dərhal ölkəyə geri çağırıb və barəsində araşdırmalara başlayıb.

Musavat.com tərəfindən aparılan araşdırmalar göstərir ki, E. C. əvvəllər Azərbaycanın dövlət strukturlarında, xüsusən də Müdafiə Nazirliyinə tabe olan müxtəlif vəzifələrdə çalışıb. Bəzi iddialara görə, onun adı eyni zamanda 2021-ci ildə baş vermiş “Mi-17” helikopter qəzasından sağ çıxan şəxslərdən biri kimi də hallanırdı.

Qızıl qaçaqmalçılığının detalları

İstanbul'da

Bu qalmaqalın üzə çıxması ilə bir sıra suallar yaranır:

Musavat.com

"İstanbulda özünü azərbaycanlı diplomat kimi təqdim edən və 70 kq qızılla saxlanılan şəxs diplomat deyil".

Mia.az
APA-ya istinadla xəbər verir ki, tutulan şəxs bir müddət əvvəl Azərbaycanın ABŞ-dəki Səfirliyində hərbi attaşenin köməkçisi vəzifəsində çalışıb.

Xatırladaq ki, Türkiyənin İstanbul şəhərində “Vadi İstanbul” ticarət mərkəzinin yaxınlığında polisin qaçaqmalçılıqla mübarizə məqsədilə həyata keçirdiyi yoxlama zamanı taksilərin birində azərbaycanlının üzərində 70 kiloqram qızıl aşkarlanıb.

Həmin şəxs özünü diplomat kimi təqdim edib.

İstanbulun Sarıyer rayonunda ticarət mərkəzlərindən birinin qarşısında polis tərəfindən saxlanılan şəxsin üzərində 70 kilo qızıl aşkarlanıb. Hadisə ilə bağlı araşdırmalar davam edir.

Mia.az Musavat.com-a istinadla xəbər verir ki, İstanbul Prokurorluğunun təlimatı əsasında Qaçaqmalçılıq Cinayətləri ilə Mübarizə Şöbəsinin əməkdaşları Sarıyerdə xüsusi əməliyyat həyata keçiriblər. Əməliyyat zamanı Azərbaycan əsilli olduğu bildirilən M.G.Ş. adlı şübhəli şəxs taksidə saxlanılıb.

Xəbərin orijinalı: https://www.ntv.com.tr/turkiye/sariyerde-durdurulan-suphelinin-uzerinden-70-kilo-altin-cikti,TkeewIc650yJL9cM8wrOPA

Chosen
45
50
mia.az

10Sources