EN

Ali Məhkəmə qərar verdi: Malayziya DİN "Swatch Pride "saatlarını qanunsuz müsadirə edib

Kuala Lumpur Ali Məhkəməsi Malayziya hökuməti ilə "Pride" saat kolleksiyasına görə bağlı mübahisədə "Swatch"in tərəfini tutub.

Valyuta.az bu barədə "Associated Press"ə istinadən xəbər verir. 

2023-cü ilin may ayında Malayziya səlahiyyətliləri Swatch" mağazalarında reyd keçirərək şirkətin "Pride" kolleksiyasından 172 saat ələ keçirib. Daxili İşlər Nazirliyinin saatların müsadirəsi ilə bağlı sənədlərində saatların “LGBT elementlərini” nümayiş etdirdiyi və ya təbliğ etdiyi üçün 1984-cü il tarixli “Çap mətbəələri və nəşrləri haqqında” qanunu pozduğu bildirib.

"Swatch" ötən ilin iyul ayında Malayziya hökumətini saatlarını qanunsuz olaraq müsadirə etməkdə ittiham edərək məhkəməyə vermişdi. Bu gün məhkəmə axtarış və müsadirənin məhkəmə qərarı olmadan aparıldığı üçün hakimiyyətin hərəkətlərini qanunsuz hesab edib. 

Məhkəmə həmçinin yaxın 14 gün ərzində 172 saatın hamısının şirkətə qaytarılmasını tələb edib. Bundan əlavə, "Swatch" müsadirə edilmiş saatlardan hər hansı biri zədələnərsə, səlahiyyətli orqanlardan təzminat tələb etmək hüququna malikdir.

Malayziya hökuməti səlahiyyətlilərin şikayət edib-etməyəcəyinə qərar vermək üçün məhkəmənin qərarının tam mətnini gözləyəcəyini bildirib. “

"Mənim ilkin reaksiyam ondan ibarətdir ki, hökumət, prinsipcə, məhkəmənin qərarına hörmət etməlidir", deyə daxili işlər naziri Saifuddin Nasution qərarı şərh edib.

Paşa Məmmədli

Chosen
20
valyuta.az

1Sources