EN

Yeni planet kəşf edildi

Astronomlar kainatın dərinliklərində yeni planet kəşf ediblər. Metbuat.az xəbər verir ki, yeni planetin 3 milyon il yaşı var. Məlumata görə, “TIDYE-1b” adlı planet indiyə qədər müşahidə edilən ən gənc planetlərdən biridir. Müqayisə üçün qeyd edək ki, Yerin yaşı 4,5 milyarddır. Yəni Yer “TIDYE-1b”dən 1500 dəfə böyükdür. Bu gənc planetin kəşfi planetin formalaşmasının ilkin mərhələləri haqqında mühüm ipuçları verir. Bundan əlavə, bu xüsusi kəşf alimləri planetlərin necə ərsəyə gəldiyinə dair modellərini yenidən nəzərdən keçirməyə imkan verir.

Qeyd edək ki, əvvəllər 10-40 milyon yaş aralığında ondan çox gənc planet müəyyən edilmişdi.

Chosen
34
metbuat.az

1Sources