EN

Turistləri daşıyan yaxta batdı: 17 nəfər həlak oldu

Qırmızı dəniz əyalətinin qubernatoru general-mayor Əmr Hənəfinin sözlərinə görə, Marsa Alam şəhərinin cənubunda, Vadi əl-Gemal bölgəsində 28 nəfər xilas edilib. Onlara tibbi yardım göstərilir.

Bundan əlavə, region rəhbəri vurğulayıb ki, Misir Hərbi Dəniz Qüvvələri və hərbi aviasiya itkin düşənlərin axtarışı üçün tədbirləri gücləndirir.

***

Misir sahillərində Qırmızı dənizdə turistləri daşıyan yaxta batıb.

“Sea Story” turist gəmisi noyabrın 24-də dalğıc turu üçün yola düşüb və noyabrın 29-da Hurghada limanına qayıtmalı idi. Bazar ertəsi yerli vaxtla səhər saat 5:30 radələrində yaxtadan təhlükə siqnalı göndərilib.

“Sea Story” gəmisində Almaniya, İspaniya, Çin, Belçika, ABŞ, Slovakiya, İsveçrə, Böyük Britaniya və Polşadan olan 31 turist olub. Ekipajda 14 nəfər var idi. Qırmızı dəniz valiliyinin başçısı Əmr Hənəfi bir neçə nəfərin sağ-salamat tapıldığını bildirsə də, onların sayını dəqiqləşdirməyib. Neçə nəfərin itkin düşdüyü barədə də məlumat verilmir. Axtarış işləri davam edir.

Chosen
19
veteninfo.az

1Sources