EN

Tramp Meksika və Kanadadan idxal olunan bütün mallara 25 % rüsum vəd edib

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp qanunsuz miqrasiya, narkotik qaçaqmalçılığı ilə əlaqədar Meksika və Kanadadan idxal olunan bütün mallara 25 % rüsum tətbiq edəcəyinə söz verib.

“İki sahil” xəbər verir ki, bu barədə Tramp "Truth Social" sosial şəbəkəsindəki hesabında yazıb.

"Hamı bilir ki, Meksika və Kanadadan minlərlə insan (ABŞ-yə) gəlir, buna görə də cinayət və narkotik ticarəti görünməmiş həddə çatıb. Yanvarın 20-də mənim ilk fərmanlarımdan biri Meksika və Kanadadan ABŞ-yə çatdırılan bütün mallara 25 % tarif tələb etmək üçün bütün lazımi sənədləri imzalamaq olacaq”, - o bildirib.

Tramp Meksika və Kanadanın uzun müddətdir davam edən bu problemi həll etmək üçün hər cür imkana malik olduğunu vurğulayıb.

Chosen
16
2
ikisahil.az

3Sources