EN

"Ramiz dayı" geri qayıdır

Türkiyəli məşhur aktyor Ufuk Bayraktar uzun müddət sonra ekranlara qayıdır.

"Cebheinfo.az" xəbər verir ki, sənətçinin yeni serialı bəlli olub. O, "TRT1"-in "Mehmed: Fetihler Sultanı" serialında rol alacaq. Bayraktar, Osmanlı Akıncı bəylərindən olan "Mihailoğlu Battal bəy" obrazına həyat verəcək.

Xatırladaq ki, 43 yaşlı aktyor "Ezel", "Milat", "Vatanım Sensin" kimi reytinqli seriallarda çəkilib. Onun daha çox tanınması isə "Ezel" serialında "Ramiz dayı"nın gəncliyini oynaması ilə bağlıdır. Ufuk Bayraktar elə bir performans nümayiş etdirmişdi ki, hətta üzərindən 13 il keçməsinə baxmayaraq, aktyor hələ də "Ramiz dayı" kimi təqdim olunur.

Elmir Mustafa

"Cebheinfo.az"

Chosen
13
cebheinfo.az

1Sources