EN

Enerji, ət, dollar, qızıl, ev bahalaşıb - İRANDA

İranda əhalinin sosial-iqtisadi vəziyyəti daha da gərginləşib.

“Cebheinfo.az” İLNA-ya istinadən xəbər verir ki, İranda son 4-5 ayda qiymətlər 40 faiz bahalaşıb. Agentliyin məlumatına görə, ərzaq səbətində ən azı 40% artım olub. Məlumatlar və hesablamalar göstərir ki, son dörd-beş ayda yaşayış minimumu, hətta ərzaq əsaslı minimum yaşayış səbəti də ən azı 40% bahalaşıb, bəzi yerlərdə xərclər daha da artıb.

Agentlik bildirib ki, qiymətlərin liberallaşdırılması həmişəkindən daha güclü və yüksək olub, onun “qəlpələri” iqtisadiyyatın bütün sahələrinə yayılıb. Elektrik enerjisi, ət, yumurta, dollar və qızıl, qiymətli metallar, avtomobillər və mənzillər Pezeşkianın hakimiyyətinin ilk bir neçə ayında işıq sürəti ilə bahalaşıb. Bir sözlə, heç bir sahə inflyasiyasız qalmayıb.

Yunis Abdullayev

“Cebheinfo.az”

Chosen
27
cebheinfo.az

1Sources