EN

Əfsanəvi "Celica" modeli geri qayıdır

Yaponiyanın nəhəng avtomobil istehsalçısı "Toyota" sürpriz bir addım atıb.

Hit.az xəbər verir ki, şirkət əfsanəvi idman avtomobili "Celica"nı yenidən istehsal edəcəyini açıqlayıb.

Bir ildən çoxdur yenidən istehsal olunacağı ilə bağlı söz-söhbətlər yayılan modellə bağlı son nöqtə qoyulub. "Toyota"dan bununla bağlı rəsmi açıqlama gəlib. Belə ki, əfsanəvi avtomobilin yenidən istehsal olunaraq satışa çıxarılacağı təsdiqlənib. 

Unudulmaz idman avtomobilinin yeni versiyasının necə görünəcəyi və hansı dizayna sahib olacağı indidən maraq doğurmağa başlayıb. Həmçinin, onun hansı xüsusiyyətlərlə istehsal olunacağı da səbirsizliklə gözlənilir. Bilinən odur ki, "Celica" müasir texnologiyalarla təchiz ediləcək və günün tələblərinə cavab verəcək. 

Pərviz

Chosen
70
1
hit.az

2Sources