EN

Tramp üç ölkənin bütün mallarına rüsum tətbiq edəcək

ABŞ-də prezident seçkilərində qalib gələn Donald Tramp prezidentliyinin ilk günündən Meksika və Kanadadan gələn bütün mallara 25% idxal rüsumu tətbiq etmək niyyətindədir.

Qaziler.az xəbər verir ki, bu barədə “Bild” nəşri yazıb. Məlumatda qeyd olunub ki, respublikaçı bundan əlavə Çindən gələn mallara da mövcud rüsumları 10% artırmağı planlaşdırır.

Müəlliflər yazır ki, o, bu cür tədbirləri narkotik və cinayətkarlıqla mübarizə ilə əlaqələndirib və deyib ki, ABŞ-nin qonşuları bu problemlərə nəzarəti gücləndirməlidirlər. Qeyd olunur ki, Trampın sözlərinə görə, ABŞ-yə narkotik maddələri gətirən və cinayət törədənlər Meksika və Kanadadan olan miqrantlardır.

“Əgər onlar bu problemi həll etmək üçün öz resurslarından istifadə etməsələr, o zaman yüksək məbləğ ödəməli olacaqlar”, - Tramp bildirib.

Çinə gəlincə, respublikaçı həm də Pekini narkotik maddələrin ixracına kifayət qədər nəzarət etməməkdə ittiham edib.

QAZİLER.AZ

Chosen
19
qaziler.az

1Sources