EN

Tramp qayıdır: dönüş Bakıya nə vəd edir?

Azərbaycan Respublikasının Prezident İlham Əliyev noyabrın 25-dəAmerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa zəngedib.

Telefon danışığı əsnasında dövlətimizin başçısı Donald TrampıAmerika Birləşmiş Ştatlarının Prezidenti vəzifəsinə yenidənseçilməsi münasibətilə təbrik edib. Azərbaycan Prezidenti qeyd edibki, seçkilərdə inamlı qələbə Amerika xalqının onun yürütdüyü siyasixəttə böyük dəstək və etimadın aşkar ifadəsidir.

Dövlətimizin başçısı vurğulayıb ki, Prezident Donald Trampınfəaliyyəti dünyada təhlükəsizliyin təmin olunmasında daha da önəmlirol oynacaqdır.

Birinci prezidentlik dövründə Azərbaycan ilə Birləşmiş Ştatlararasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə Donald Trampınxüsusi diqqət ayırdığını deyən dövlətimizin başçısı ikitərəfliəlaqələrimizin irəli aparılması üçün birgə səylər göstəriləcəyinəümidvarlığını bildirib.

Donald Tramp öz növbəsində səmimi təbriklərə görə Prezidentİlham Əliyevə dərin təşəkkürünü bildirib. Donald Tramp ölkələrimizarasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə birgə səylərləçalışmağın vacibliyini bildirib.

Prezident İlham Əliyev ilə Donald Tramp arasında baş tutantelefon danışığı iki liderin dünya sabitliyinə, ənənəvi dəyərlərinqorunmasına və milli suverenliyin möhkəmləndirilməsinə dairbaxışlarının unikal sinerjisini əks etdirən əlamətdar hadisə oldu.Bu dialoq Azərbaycan ilə ABŞ arasındakı yüksək səviyyəliəməkdaşlığı vurğulamaqla yanaşı, qlobal dəyişikliklər dövründəcəmiyyətin fundamental əsaslarını müdafiə edən liderlərin mühümrolunu bir daha ön plana çıxardı.

Xatırladaq ki, Donald Trampın prezidentliyi dövrü liberalqloballaşmanın kəskin tənqidi ilə yadda qaldı. Tramp ənənəviprinsiplərin müdafiəsinə sadiqliyini dəfələrlə bəyan etmişdi. Onunailə institutunun və tarixi dəyərlərin qorunmasının vacibliyinədair sözləri həm siyasi, həm də ictimai dairələrdə geniş əks-sədadoğururdu.

Trampın tezisi: "Mənim vaxtımda heç bir yeni müharibəolmayacaq"

Prezident İlham Əliyev 2-ci Şuşa Qlobal Media Forumunda çıxışedərkən demişdi: "Prezident Tramp “Vaşinqton Post”u və “Nyu-YorkTayms”ı feyknyus, yəni yalan xəbər mənbəyi adlandırıb. Mən tamamiləonunla razıyam. Mən təkcə bu məsələdə deyil, onun bir çoxbəyanatları ilə razıyam. Bu gün ABŞ Prezidenti məhz mediatərəfindən hücumların qurbanıdır, ictimai rəyin manipulyasiyasınınqurbanıdır".

Xatırladaq ki, Azərbaycanın dövlət başçısı daha sona çıxışındavurğulamışdı: "Qərarı Amerika xalqı verəcək. Bu, onlarınprezidentidir. Lakin, eyni zamanda, bu, bütün dünya üçün xüsusiəhəmiyyətə malikdir. Çünki bir çox xalqların və ölkələrin taleyiböyük dərəcədə Birləşmiş Ştatların birinci şəxsinin verəcəyiqərarlardan asılı olacaq. Mənim fikrimcə, Prezident Trampın hələ dədavam edən kampaniya zamanı səsləndirdiyi mühüm tezislərdən biri dəodur ki, onun vaxtında heç bir müharibə olmayacaq. Onun hakimiyyətidövründə Amerika müharibələrə başlamadı, Vyetnam, Koreya,Yuqoslaviya, Əfqanıstan, Liviya, İraq, Suriya və necə deyərlər,onların davamı olmadı. Bax, bu müddət ərzində onların heç biri başvermədi. Ancaq buna, yəqin ki, böyük hörmətlə yanaşmağa dəyər".

Donald Tramp və milli maraqların müdafiəsi

Trampın gələcək administrasiyası transgendərlərin orduda xidmətetməsinə qadağa tətbiq etmək niyyətini açıqlamaqla ABŞ-də böyükmüzakirələrə səbəb olub. Tramp bu qərarı belə əsaslandırmışdı ki,ordu intizam, birlik və effektivlik kimi ciddi standartlara malikolmalıdır və sosial və ya tibbi problemlərin həddən artıq diqqətmərkəzində olması bu standartlara zərər vura bilər. O,vurğulamışdı: "Silahlı qüvvələr qalibiyyətə yönəlmiş tapşırıqlarınyerinə yetirilməsinə fokuslanmalıdır, tibbi xərclərə və ya döyüşhazırlığından yayındıra biləcək problemlərə deyil."

Donald Tramp administrasiyası, həmçinin, cəmiyyətin ənənəviəsaslarına zidd hesab etdiyi ideologiyaların federal proqramlarvasitəsilə təşviqinə məhdudiyyətlər tətbiq etmək üçün addımlaratmışdı. Xüsusilə təhsil və səhiyyə sahələrində ayrı-seçkilikəleyhinə qanunların yenidən nəzərdən keçirilməsi ilə bağlı butədbirlər liberal dairələrin kəskin reaksiyasına səbəb olmuşdu.Lakin Tramp bu qərarları, cəmiyyətin böyük hissəsinin maraqlarınınmüdafiəsi və Amerikanın cəmiyyətinin qurulduğu prinsiplərinqorunması üçün zəruri hesab edirdi.

Donald Trampın lider kimi mövqeyi, dövlətin prioritetlərininsabitlik və təhlükəsizlik təminatına yönəlməli olduğu prinsipinəsöykənir. Onun fikrincə, ayrı-ayrı qrupların hüquqlarının həddənartıq təşviqi, ənənələrə və əksəriyyətin maraqlarına zərbə vurmaqlacəmiyyətin sabitliyini poza bilər. Bu barədə Tramp bəyan etmişdi:"Biz əmin olmalıyıq ki, addımlarımız cəmiyyətin əsaslarınımöhkəmləndirməyə yönəlib, onu parçalamağa deyil".

Məzkur yanaşma ənənəvi dəyərlərə əsaslanan siyasətin dövlətindavamlı inkişafını təmin etdiyini düşünən bir çox mühafizəkarqüvvələr tərəfindən dəstəklənib. Trampın siyasəti, radikal sosialdəyişikliklərin təzyiqi qarşısında cəmiyyəti müdafiə etmək, ailəinstitutlarını və milli birliyi zəiflədə biləcək təhlükələri aradanqaldırmaq cəhdi kimi qiymətləndirilir.

Donald Trampın ailə dəyərləri və LGBT hüquqları məsələlərindəkimövqeyi, milli təhlükəsizliyi və cəmiyyətin maraqlarını prioritetəçevirən məsuliyyətli idarəetmə yanaşmasının nümunəsidir. Onunqərarları birmənalı qarşılanmasa da, ənənəvi əsasların qorunmasınavə ABŞ dövlətçiliyinin təməlini gücləndirməyə yönəldiyini qeydetmək lazımdır. Bu yanaşma təkcə ABŞ üçün deyil, həm də öz mədənivə tarixi kimliyini qorumağa çalışan digər dövlətlər üçünaktualdır.

Çünki o, Tramp ənənəvi ailə dəyərlərini Amerikan cəmiyyətininəsas təməli hesab edərək onları aktiv şəkildə müdafiə edib. O,çıxışlarında ailə institutunun möhkəmləndirilməsinin vacibliyinivurğulayıb və bildirib ki, bu institut mədəni və siyasidəyişikliklər nəticəsində təhlükə altına düşə bilər. Tramp andiçməmərasimində demişdi: "Güclü Amerika güclü ailədən başlayır. Bizxalqımıza onu böyük edən əsas prinsipləri qaytarmalıyıq."

Yeni yanaşma və qarşılıqlı maraqlar

Donald Trampın siyasəti psevdolibertarianlıq və qloballaşmayanaşmalarına alternativ olaraq, milli institutlarıngücləndirilməsinə fokuslanmış bir model təqdim edirdi.

Sadaladığımız səbəblərdən dolayı Vaşinqtonun Azərbaycansiyasətində ciddi dəyişikliklərin olması mümkündür.

Donald Trampın rəhbərliyi altında ABŞ-nin Bakı ilə münasibətləridaha praqmatik və hər iki tərəf üçün daha faydalı bir xarakter alabilər. Əgər Co Bayden administrasiyası liberal dəyərlər, insanhüquqları və demokratiyanın təşviqini geosiyasi hədəflərləbirləşdirməyə çalışırdısa, Trampın siyasəti, ilk prezidentlikdövründə olduğu kimi, əsasən iqtisadi maraqlar və dövlət liderləriilə şəxsi razılaşmalar üzərində qurulmuşdu. Bu yanaşmaABŞ-Azərbaycan münasibətlərinin daha az münaqişəli və daha çoxqarşılıqlı faydalı olmasına zəmin yarada bilər.

Geosiyasi amillərin rolu

Azərbaycanın geosiyasi mövqeyi bu münasibətlərin əhəmiyyətlielementlərindən biridir. Avropa, Asiya və Yaxın Şərqin kəsişməsindəyerləşən Azərbaycan, ABŞ-ın Cənubi Qafqazda maraqları baxımındanstrateji tərəfdaş rolunu oynayır. Enerji ehtiyatları və "Cənub QazDəhlizi" kimi layihələri sayəsində Azərbaycan, Avropanın enerjitəhlükəsizliyinin təminatında mühüm rol oynayır. Rusiya əleyhinətətbiq olunan sanksiyaların və Rusiyanın Avropa enerji bazarındakıpayının azalması fonunda, Azərbaycan ABŞ və Qərb üçün neft və qazınəsas təchizatçılarından birinə çevrilib.

Trampın enerji təhlükəsizliyinə dair yanaşması, tədarükmənbələrinin diversifikasiyasını dəstəkləməyə yönəlib. Onunadministrasiyası ehtimal ki, Azərbaycan təşəbbüslərinə, xüsusilə də"Cənub Qaz Dəhlizi"nin genişləndirilməsinə və yeni infrastrukturlayihələrinə, məsələn, Zəngəzur dəhlizinə daha güclü dəstək göstərəbilər. Bu layihə Avropa ilə Asiya arasında yeni nəqliyyat vəticarət marşrutları aça bilər. Bayden administrasiyasınınErmənistanla mürəkkəb münasibətlər və Konqresdəki ermənipərəstlobbinin təsiri səbəbindən bu layihəyə ehtiyatla yanaşdığı halda,Tramp iqtisadi faydanı nəzərə alaraq daha açıq dəstək göstərəbilər.

İdeologiyadan uzaq, praqmatik yanaşma

Trampın Azərbaycanla diplomatik üslubu Baydenadministrasiyasından fərqli olacaq. Bayden dövründə insan hüquqlarıvə demokratik islahatlar məsələlərinə tez-tez vurğu edilməsi Bakıdadaxili işlərə müdaxilə kimi qiymətləndirilirdi. Trampadministrasiyası dövründə isə bu sahədə təzyiqlərin azalacağıgözlənilir. Trampın möhkəm mövqeli liderlərlə münasibət qurmağameylli olduğu məlumdur - istər Vladimir Putin, istər Rəcəb TayyibƏrdoğan, istərsə də Si Cinpin olsun. Prezident İlham Əliyevsiyasətində sabitlik və ardıcıllıq nümayiş etdirən bir liderolaraq, Tramp üçün ideal tərəfdaş ola bilər. Güclü liderlərə olanhörmət və onların milli maraqları müdafiə etmə qabiliyyətinə dəyərverən Tramp, Azərbaycanla daha sıx ikitərəfli münasibətlərinəsasını qoya bilər.

Trampın beynəlxalq bürokratik təşkilatlara, məsələn, BMT-yə vədigər ölkələrin daxili işlərinə müdaxiləyə olan antipatiyası nəzərəalınarsa, onun administrasiyası Azərbaycana qarşı tənqidiqətnamələrdən və Dövlət Departamenti xətti ilə təzyiqlərdən uzaqdurmaq ehtimalı yüksəkdir. Bu isə Bakıya regional mövqeyinigücləndirmək və Qərbdən gələn davamlı tənqidlərə reaksiya vermədənöz siyasətini həyata keçirmək üçün daha geniş imkanlar yaradabilər.

ABŞ ilə Azərbaycan arasında iqtisadi əlaqələrin genişlənməsigözləniləndir. Neft, qaz və bərpa olunan enerji sahəsində böyükpotensiala malik Azərbaycan, amerikalı şirkətlər üçün cəlbedicitərəfdaşdır. Tramp administrasiyası dövründə yeni yataqlarınişlənməsi və infrastruktur layihələrində amerikalı investorlarıniştirakı da daxil olmaqla enerji sektorunda əməkdaşlığıngenişlənməsi ehtimalı var.

Azərbaycanın İranla qonşuluğu regional təhlükəsizlik baxımındanmühüm əhəmiyyət kəsb edir. Trampın İranla sərt xətt tərəfdarıolması səbəbindən, Azərbaycan onun üçün Tehranın təsiriniməhdudlaşdırmaq baxımından vacib müttəfiq ola bilər. Trampınadministrasiyası hərbi əməkdaşlığı genişləndirmək, müasirtexnologiya və silah satışı vasitəsilə Azərbaycanın mövqelərinigücləndirmək istiqamətində addımlar ata bilər.

Trampın siyasəti daha çox şəxsi maraqlar və geosiyasihesablamalara əsaslanır. Onun administrasiyası, Bayden dövründəaydın görünən ermənipərəst yanaşmalardan daha çox balanslı birmövqe tuta bilər. Beləliklə, ABŞ, Azərbaycan və Ermənistan arasındamünasibətlərin daha tarazlı şəkildə qurulmasına və iqtisadi faydagətirən layihələrə üstünlük verilə bilər.

Donald Trampın ikinci prezidentlik dövrü ABŞ-Azərbaycanmünasibətlərində yeni bir mərhələnin başlanğıcı ola bilər. İdeolojiyanaşmalardan uzaqlaşma, praqmatizmə üstünlük və iqtisadi-geosiyasiəməkdaşlığın gücləndirilməsi bu münasibətləri daha az münaqişəli vədaha məhsuldar edə bilər. Azərbaycan isə, öz növbəsində, daha genişhərəkət azadlığı əldə edərək, regional lider kimi mövqeyinimöhkəmləndirə bilər.

Ənənəvi dəyərlərin liderləri: İlham Əliyevdən ViktorOrbana qədər

Müasir dünya ənənəvi dəyərlərin qorunması uğrunda mübarizəninbeynəlxalq siyasətin əsas mövzularından birinə çevrildiyidəyişikliklər dövrünü yaşayır. Bu fonda İlham Əliyev, Rəcəb TayyibƏrdoğan, Viktor Orban və Aleksandr Vuçiç kimi güclü liderlər millimaraqları və suverenliyi xarici təzyiqlərdən üstün tutan dövlətrəhbərlərinin simvoluna çevrilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan milli suverenliyin vəİslam irsinin müdafiəsini inamla həyata keçirən lider obrazınıtəmsil edir. O, həm ölkəsinin müdafiə imkanlarını gücləndirir, həmdə Türkiyənin regional təsirini artırır. Ərdoğanın rəhbərliyi iləAnkara, güclü daxili siyasət və ənənələrin müdafiəsi ilə qlobaluğurun əsasını təşkil etdiyini göstərərək, dünya arenasında əsasoyunçulardan birinə çevrildi.

Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqının təzyiqiilə qəbul edilən miqrasiya axınına və liberal islahatlara qarşısərt mövqeyi ilə tanınır. O, xristian köklərini qorumaq naminəcərəyanın əksinə getməkdən çəkinməyən bir dövlət modeli qurur.Orbanın rəhbərliyi ilə Macarıstan ənənəvi dəyərlərin Avropadadayağı kimi mövqeyini gücləndirərək, Qərb dünyasında mədənidəyişikliklərdən narahat olanların rəğbətini qazanır.

Serbiyanın Prezidenti Aleksandr Vuçiç, Qərb və Şərqin maraqlarıarasında balansı qoruyaraq müstəqil siyasət yürütmə qabiliyyətininümayiş etdirir. Bu yanaşma, Serbiyaya öz milli maraqlarınıqorumaqla yanaşı, qərarların qəbulunda müstəqilliyini saxlamağaimkan verir. Bu idarəetmə modeli, böyük qlobal güclərin təsirindənçıxmağa çalışan ölkələrin diqqətini cəlb edir.

İlham Əliyev: zəfərlərə aparan lider

Azərbaycan Prezidenti İlham Əliyev siyasətini milli maraqlarınvə tarixi ənənələrin qorunması üzərində quran liderin parlaqnümunəsidir. İkinci Qarabağ müharibəsi zamanı Əliyev, suverenliyinmüdafiəsinin və ərazi bütövlüyünün bərpasının qətiyyətli liderliksayəsində mümkün olduğunu sübut etdi.

Onun uğurları Azərbaycanı yeni səviyyəyə çıxardı — ölkə təkcəregional lider deyil, həm də idarəetməyə dair baxışlarını paylaşandövlətlər üçün strateji tərəfdaşa çevrildi. Əliyev, güclü dövlətinxalqın maraqları naminə qərar qəbul etməyə qadir olan güclüliderdən başladığını nümayiş etdirdi.

Yeni dünya nizamının əsası

Ənənəvi dəyərləri paylaşan liderlər arasında qarşılıqlı əlaqəninəhəmiyyəti, İlham Əliyevlə Donald Tramp arasında baş tutan telefondanışığı ilə sübut edildi. Bu danışıq, mədəni unifikasiya, radikalqloballaşma və milli kimliyin itirilməsi kimi çağırışlara qarşıbelə siyasətçilərin birgə səylərinin əhəmiyyətini göstərdi.

İlham Əliyev, Ərdoğan, Orban və Tramp kimi liderlər, dünyaictimaiyyətinin inkişafı üçün alternativ bir yol təklif edirlər -suverenliyin qorunması, ənənələrə hörmət və dövlət institutlarınıngücləndirilməsi yolu. Onların əməkdaşlığı yalnız həmfikirlərinittifaqı deyil, həm də maraqların tarazlığına və hər xalqınunikallığının qorunmasına əsaslanan yeni dünya nizamınınkonsepsiyasıdır.

Qloballaşmanın tez-tez mədəni və milli sərhədləri silməklənəticələndiyi bir dünyada, ənənəvi dəyərlərin liderləri sabitliyinmayakı kimi çıxış edirlər. İlham Əliyev, Donald Tramp, Si Cinpin,Viktor Orban, Rəcəb Tayyib Ərdoğan və Aleksandr Vuçiç kimisiyasətçilər göstərirlər ki, yalnız milli institutlarımöhkəmləndirmək və ənənələrə hörmət etməklə daxili rifaha və qlobalsabitliyə nail olmaq mümkündür.

Onların nümunəsi ilham verir və sübut edir ki, köklərinə sadiqolan güclü lider, yalnız öz ölkəsini müdafiə etməklə kifayətlənmir,həm də bütün dünya ictimaiyyətinin inkişafına təsir göstərir.

Chosen
29
6
az.trend.az

7Sources