EN

"20 Yanvar" keçidindəki ticarət obyektləri ilə bağlı daha bir açıqlama: "İnanmıram ki, sənədləri olsun..."

“Dövlətin maraqları və milli maraqlar hər yerdə üstün tutulmalıdır. Məgər "20 Yanvar" metrostansiyasındakı ticarət obyektlərinin özəlləşdirilməsinə dair hansısa sənədləri var idi? Yaxud sənəd var idi ki, bunlar həmin dükanların sahibidirlər? İnanmıram ki, metronun içində ticarət obyektinin fəaliyyətinə dair sənəd olsun”. 

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin 4 çağırış deputatı olmuş, iqtisad elmləri doktoru, professor Rüfət Quliyev deyib. 

 

“Təbii ki, həmin ticarət obyektlərini işlədənlərə dövlət orqanları tərəfindən yerlər ayrılmalıdır. Ən azından əvvəlki kvadratdan bir-iki kvadrat da artıq sahə verilməlidir ki, narazılıq olmasın. Bazar iqtisadiyyatında bizim sahibkarlar kifayət qədər aktivdirlər. İstənilən formada yerli məmurların rəyi varsa, sahibkarlar bir yol tapıb, yenə də həmin ticarəti bu və ya digər formada bərpa edirlər. Tərəzinin bir gözünə dövlətin qanunlarını, millətin maraqlarını, digər gözünə isə sahibkarların haqlarını qoymaq lazımdır. Tərəzi pozulmasın deyə hər iki istiqamətdə müəyyən addımlara ehtiyac var”, - R.Quliyev bildirib. 

 

Aytəkin Qardaşova 

Tarix: 26 Noyabr 2024, 14:25   
Chosen
21
pravda.az

1Sources