EN

Polşa prezidenti də Yerevan və Bakı arasında vasitəçilik etməyə hazırdır

Yerevanda rəsmi səfərdə olan Polşa prezidenti Andjey Duda Qafqazda sülh və sabitliyin zəruri olduğunu deyib.

O, Ermənistan prezidenti Vaaqn Xaçaturyanla birgə mətbuat konfransında qeyd edib ki, Polşa Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə tənzimlənməsini dəstəkləməyə hazırdır.

Regionda hazırkı qeyri-sabit vəziyyətə toxunan Polşa prezidenti Rusiyanın Ukraynaya qarşı təcavüzünün Qafqaza da təsir etdiyini vurğulayıb.

Duda bildirib ki, Bakıya səfəri zamanı Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi məsələsini Azərbaycan prezidenti İlham Əliyevlə müzakirə edib.

"COP29 çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə də bu mövzuda danışdım. Və qeyd etmək istəyirəm ki, biz ermənilərin dəqiq və sabit sərhədləri daxilində öz torpaqlarında dinc şəkildə yaşamasını istəyirik. Sülh, əlbəttə ki, Avropa regionu üçün də vacibdir və lazım olsa, biz kömək etməyə hazırıq", deyə Duda bildirib.

Chosen
28
turan.az

1Sources