EN

Cemal Zehir: Ermənistanın sülhdən yan qaçdığı göz önündədir

Azərbaycan-Ermənistan sülhü Çindən başlayan “bir kəmər bir yol” layihəsinin Avropaya doğru uzanmasında ən böyük strateji addımdır

Bildiyimiz kimi Azərbaycan və Ermənistan arasında sülhün imzalanması və münaqişəyə son qoyulması dünyanı maraqlandıran əsas məsələlər sırasındadır. İki ölkə arasında dayanıqlı sülhün bərqərar olması və münasibətlərin normallaşması üçün Ermənistan Konstitusiyasında dəyişikliklərin edilməsi, Azərbaycana qarşı ərazi iddiasının ləğv edilməsi zəruri şərtdir. İrəvandakı hakimiyyət isə normal davranmaq əvəzinə, siyasi manipulyasiyaya və silahlanmağa üz tutmaq yolunda irəliləyir. 

Yıldız Texniki Universiteti (YTU) müəllimi, beynəlxalq strateq və siyasi şərhçi prof.dr Cemal Zehir “Sherg.az”a vurğulayıb ki, BMT Baş Assambleyasının 79-cu sessiyasında Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın görüşməsi gündəmdə idi:

“Həmin görüş və ondan sonrakı proseslərlə bağlı beynəlxalq ortamdan əldə etdiymiz məlumatdan və vəziyyəti strateji analiz etdiyimiz zaman Azərbaycan-Ermənistan arasında Cənubi Qafqazda sülh görüşü və sərhəd məsələsinin əsas mövzu olduğunu görürük. Azərbaycan ilə Ermənistanı, beynəlxalq dünyanı maraqlanıran ən əsas məsələlərdən biri beynəlxalq əlaqələr və nəqliyyat mövzularıdır. Yəni Azərbaycan-Ermənistan sülhü Çindən başlayan “bir kəmər bir yol” layihəsinin Avropaya doğru uzanmasında ən böyük strateji addımdır. Lakin Azərbaycan və Ermənistan sülh danışıqları bir nəticə vermədən böyük addımlar atıla bilmir. Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla sülhə razı olduğunu tez-tez dilə gətirir. Amma bu sülh sazişinin təməli strateji məsələlərdən əlavə daha çox iki ölkə arasında razılaşdırılan mövzulardan ibarətdir”. 

C.Zehir vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında imzalanan razılaşma qalıcı olmalıdır:
“Ermənistan konstitusiyasında Azərbaycana qarşı oərazi iddiaları mövcuddur. Azərbaycan isə buna görə Ermənistandan konstitusiyasını dəyişməsini tələb edir. Ancaq Ermənistan tərəfindən konstitusiya il bağlı heç bir addım atılmayıb. Hazırki vəziyyətdə bununla bağlı hansısa irəliləyişin olması gözlənilən deyil. Çünki Ermənistan hakimiyyəti bununla bağlı passiv davranır. Ermənistan tərəfindən Zəngəzur dəhlizinin açılması və konstitusiyanın dəyişdirilməsi ilə bağlı müsbət fikirlər söylənilsə də, hələki heç bir strateji addım baş tutmayıb. Beləliklə Ermənistanın sülhdən yan qaçdığı göz önündədir. Ermənistan Amerika Birləşmiş Ştatları və Fransa kimi Qərb ölkələrindən silah və dəstək almaqla əlini daha çox gücləndirir. Yəni Ermənistan sadəcə olaraq sülhü istəyən tərəf olaraq özünü göstərməyə çalışır”.
Chosen
18
sherg.az

1Sources