EN

Ukrayna son üç gündə Kursk vilayətinə ATACMS-la iki zərbə endirib - AÇIQLAMA

Ukrayna Silahlı Qüvvələri son üç gündə Kursk vilayətindəki hədəflərə uzaqmənzilli Qərb silahları ilə iki zərbə endirib.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, ilk zərbə noyabrın 23-də beş ATACMS raketi ilə Rusiyanın S-400 zenit diviziyasının mövqeyinə endirilib, 3 raket məhv edilib, 2-si hədəfə çatıb.

"İkinci zərbə noyabrın 25-də Kursk-Vostochnıy aerodromuna səkkiz ATACMS operativ-taktiki raketi ilə endirilib. Həmin raketlərdən yalnız biri hədəfə çatıb", - deyə Rusiya MN-nin məlumatında bildirilib.

Chosen
64
7
redaktor.az

5Sources