EN

Avropa İttifaqı Nümayəndəliyi Avropa Milli Geyimləri Sərgisini təşkil edir


 
Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi Avropa İttifaqına üzv dövlətlərin səfirliklərinin
ilə artıq birgə beşinci dəfə keçirilən “FantazEU” Mədəni İrs Festivalı çərçivəsində ilk Avropa milli
geyimlərinin sərgisini təşkil edəcək. Sərginin məqsədi Azərbaycan tamaşaçısını əsrlərdən bizə gəlib çatmış Avropa ənənəvi geyimlər dünyası ilə  tanış etməkdir. Bolqarıstan, Çexiya, Almaniya, Latviya, Litva, Polşa, Rumıniya və Slovakiya səfirlikləri müxtəlif tarixi dövrlərə aid adət-ənənələrini əks etdirən, Aİ ölkələrinin müxtəlifliyini və mədəni təcrübəsini nümayiş etdirən milli geyimlərini təqdim ediblər.
“Milli geyim millətin tarixinin əksidir. Sosial-iqtisadi, mədəni-tarixi, təbii-coğrafi amillərin təsiri altında
formalaşır. Məhz buna görə də milli geyim müxtəlif ölkələrin mədəniyyətini öyrənmək üçün mənbəyə çevrilir.
Ümid edirik ki, sərgi Azərbaycan ziyarətçilərimizə Aİ-yə üzv ölkələrin milli mədəniyyəti və folkloru haqqında
daha çox məlumat əldə etməyə kömək edəcək”, – deyə Aİ-nin səfiri Peter Mixalko bildirib.
27-30 noyabr tarixlərində saat 11.00-dan 17.00-dək Zeynalabdin Tağıyev adına Milli Azərbaycan Tarixi
Muzeyində (Hacı Zeynalabdin Tağıyev küçəsi 4) Avropa milli geyimlərinin sərgisi tamaşaçılar üçün pulsuz
açıq olacaq. FantazEU Mədəni İrs Festivalının proqramına həmçinin incəsənət sərgiləri, incəsənət vorkşopu,
ölkələrindən onlayn şəhər turları s. daxildir. Bütün yenilənmiş məlumatı Azərbaycanadaki
Nümayəndəliyinin Facebook səhifəsindən əldə etmək olar. ttps://www.facebook.com/EUDelegationtoAzerbaijan/.
“Arts Council Azerbaijan” Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi tərəfindən maliyyələşdirilən
müqavilə əsasında bu Festivala təşkilati dəstək göstərir.
Chosen
17
1
xalq.az

5Sources