EN

Gürcüstan NATO və Aİ-yə üzvlüyü ölkə üçün prioritet adlandırdı

"Gürcüstanın Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) və Avropa İttifaqına üzvlüyü ölkə üçün əsas prioritet olaraq qalır". 

HİT.az xəbər verir ki, bu sözləri Gürcüstanın xarici işlər naziri postuna namizəd Maka Boçorişvili parlamentdə yeni hökumətin təsdiqi ilə bağlı çıxışı zamanı deyib.

O qeyd edib ki, Gürcüstan Konstitusiyasının 78-ci maddəsinə əsasən, ölkə Avro-Atlantik strukturlara inteqrasiyanın “qaçılmaz yolunu” davam etdirir. Bu baxımdan, Boçorişvili vurğulayıb ki, NATO və Aİ ilə münasibətlər mühüm prioritet olaraq qalacaq.

Oktyabrın 26-da Gürcüstan parlamentinə seçkilər keçirilib. Səsvermənin nəticələrinə görə, hakim Gürcü Arzusu Partiyası parlamentdəki 150 yerdən 89-unu qazanaraq qalib gəlib. "Dəyişiklik üçün Koalisiya" 11,03% toplayaraq 19 mandat, "Birlik-Milli Hərəkat" 10,17% və 16 mandat, “Güclü Gürcüstan” 8,81% və 14 mandat, “Gürcüstan naminə Qaxariya” 7,78% və 12 mandat alıb.

Noyabrın 24-ü axşam saatlarında Tbilisinin mərkəzində seçkinin nəticələri ilə razılaşmayan müxalifət tərəfdarları respublika parlamentinə doğru yürüşə başlayıblar. 

Samir
 

Chosen
10
1
hit.az

2Sources