EN

“Qardaşımla eyni gündə qol vurduğum üçün xoşbəxtəm”

“Hazırda stabil çıxış etməməyimizin bir çox səbəbi var. Məşqçimiz bunun üzərində işləyir. Mövsüm ərzində çətin anlarımızın olacağını bilirdik. Düzdür, elə də pis durumda deyilik, lakin indi hər şeyi dəyişdirmək və yenidən oyunlar qazanmaq vaxtıdır”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Şamaxı”nın futbolçusu Leroy Mikels deyib.

29 yaşlı hücumçu məğlub olsa belə qardaşı Coy-Lens Mikels ilə eyni gündə qol vurduqları üçün xoşbəxt olduğunu bildirib: “Sumqayıt”a qarşı kifayət qədər yaxşı ilk hissə keçirdik. Lakin təəssüf ki, fasiləyə qədər üstünlüyü qoruya bilmədik. Yoxsa bu, böyük üstünlük olardı. İkinci hissə bərabər səviyyədə keçən bir matç idi. Əgər ikinci hissədə qol vursaydıq, bəlkə də matçı qazanardıq. Amma təəssüf ki, bacarmadıq və rəqib penalti alaraq bizə qalib gəldi. Məğlub olsaq da, qardaşımla eyni gündə qol vurduğum üçün xoşbəxtəm. Növbəti oyun “Kəpəz”lə qarşılaşırıq. Mütləq şəkildə qalib gəlməliyik. Çünki başqa variantımız yoxdur. Ümid edirəm ki, gələn həftə yenə qol vura biləcəyəm, amma bu dəfə oyunu qələbə ilə başa vuracağıq”.

GÜNAY SÜLEYMANOVA

Chosen
17
futbolinfo.az

1Sources