EN

Zərgərlik sənayesində ƏDV güzəştləri: 2027-ci ilə qədər davam edəcək

İdxal olunan platin, qızıl və onlardan hazırlanmış zərgərlik məmulatları və digər emal olunmuş materiallar üzrə aksiz azadolmasının müddəti 2027-ci ilədək artırılıb.

Fins.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəis müavini Əvəz Quliyev "Biznes assosiasiyaları və sahibkarlarla əməkdaşlıq və onun nəticələri” mövzusunda keçirilən tədbirdə bu barədə məlumat verib.

Quliyev həmçinin zərgərlik məmulatları ilə bağlı ƏDV güzəştləri ilə bağlı bəzi məlumatlar verib. O bildirib ki, zərgərlik məmulatlarının istehsalı və emalı üçün lazım olan dəzgahların, avadanlıqların və qurğuların idxalına dair ƏDV azadolmasının müddəti 2027-ci ilədək uzadılıb. Eyni zamanda, 2021-ci ildən etibarən külçə, sikkə və ya qranul şəklində qızılın və gümüşün satışı ƏDV-dən azad edilib. Bu addımlar zərgərlik sahəsində ciddi dəstək kimi qiymətləndirilib.

Chosen
5
10
fins.az

10Sources