EN

G7 xarici işlər nazirləri İtaliyada toplaşır

İtaliyada “Böyük Yeddilik” (G7) ölkələrinin xarici işlər nazirlərinin görüşü keçirilir.

"Unikal" xəbər verir ki, İtaliyanın G7-yə sədrliyi çərçivəsində baş tutan görüşdə ABŞ, Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, Kanada və Yaponiyanın xarici işlər nazirləri və Avropa İttifaqının ali nümayəndəsi iştirak edirlər. Toplantıda qlobal miqyasda təhlükəsizlik məsələləri, münaqişə zonalarındakı vəziyyət və Yaxın Şərqlə artan gərginliklə bağlı müzakirələr aparılır.

İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani jurnalistlərə açıqlamasında ölkəsinin Ukraynaya hərbçi göndərməyəcəyini bildirib. Nazir, həmçinin Livanda BMT-nin sülhməramlı missiyasının (UNIFIL) İtaliya hərbi kontingentinin yerləşdiyi bazaya hücumları pisləyib, Livanda atəşkəsin vacibliyini qeyd edib.

G7 xarici işlər nazirlərinin görüşündə bəyannamə qəbul olunacaq.

Chosen
31
35
unikal.az

10Sources