EN

Pakistan qarşıb: paytaxt İslamabad döyüş metydanına çevrilib

Pakistanın paytaxtı İslamabadda keçmiş baş nazir İmran Xanın “Ədalət uğrunda Hərəkatı” partiyasının təşkil etdiyi ümummilli etiraz yürüşü ilə bağlı iğtişaşlar yaşanır.

Müxalifət tərəfdarları siyasətçinin həbsdən azad edilməsini, məhkəmə hakimiyyətinin səlahiyyətlərini məhdudlaşdıran konstitusiya dəyişikliklərinin ləğvini və builki parlament seçkilərinin nəticələrinə yenidən baxılmasını tələb edirlər. Hakimiyyət etirazları yatırmaq üçün İslamabada qoşun yeridib.

Ötən şənbədən mühasirədə olan İslamabadda qarşıdurma, deyəsən həlledici mərhələyə qədəm qoyub və artıq ilk itkilərə səbəb olub. Yerli mətbuatın məlumatına görə, çərşənbə axşamı Pakistan paytaxtının küçələrində baş verən qarşıdurmalarda azı 5 polis əməkdaşı həlak olub, daha bir neçə hüquq-mühafizə orqanı əməkdaşı ağır yaralanıb, etirazçılar arasında ölənlərin sayı dəqiqləşdirilir. Ölkənin bölgələrindən İslamabada bir neçə kolonda yürüş edən müxalifətin minlərlə tərəfdarı olan “Ədalət Uğrunda Hərəkat” polis kordonlarını və şəhərə yaxın yerlərdə quraşdırılmış konteyner baryerlərini darmadağın edərək İslamabadın mərkəzi meydanına – Di-Çouka doğru irəliləyirlər. Oradan dövlət idarələrinin yerləşdiyi İslamabadın Qırmızı Zonasına birbaşa marşrut var.

Polis etirazçıları dağıtmaq üçün rezin güllələrdən və gözyaşardıcı qazdan istifadə edir. Hakimiyyət müxalifət tərəfdarlarının odlu silah gəzdirdiyini bildirir. “Əgər onlar atəş açsalar, biz də onların güllələrinə güllə ilə cavab verəcəyik”, – deyə daxili işlər naziri Möhsin Nəqvi xəbərdarlıq edib. Pakistanın Geo telekanalı qeyd edir ki, hakimiyyət təhlükəsizlik qüvvələrinə təhrikçilərə və fitnə-fəsad törədənlərə qarşı qətiyyətlə hərəkət etmək üçün ciddi göstərişlər verib. Eyni zamanda onlara iğtişaşçıları yerindəcə güllələmək kimi ekstremal tədbirlər görməyə icazə verib.
İslamabada gələn müxalifət koloniyasına Əfqanıstanla həmsərhəd olan Hayber Paxtunxva əyalətinin baş naziri Əli Əmin Qandapur və həbsdə olan keçmiş baş nazirin (2018-2022) həyat yoldaşı Buşra Bibi rəhbərlik edir.

//Samir Qurbanov, Editor.az

Chosen
32
editor.az

1Sources