EN

"GREEN VOOD CONSTRUCTION" cərimələndi

"GREEN VOOD CONSTRUCTION" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində cərimə protokolu yazılıb.

Valyuta.az-ın məlumatına görə, şirkət barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.

İş Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Samir Nəsibovun icraatındadır. 
    
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən tərtib edilmiş protokola əsasən vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

Sadiq İsbəndərli

Chosen
10
1
valyuta.az

5Sources