EN

''Fənər''ə qənim kəsilən hakim yenə ''Fənər''in oyununa təyinat aldı

''Fənərbaxça'' Avropa Liqasının əsas mərhələsinin 5-ci turunda səfərdə ''Slaviya'' ilə qarşılaşacaq. Həmin oyunun VAR hakimi ilə bağlı bir məqam diqqət çəkir.

Praqadakı oyunu rumıniyalı Oratiu Feşnik idarə edəcək. VAR hakimi funksiyasını isə fransalı Benjamin Brand icra edəcək. Ötən mövsümün sonlarına yaxın məlum olduğu kimi Türkiyə çempionatında əcnəbi VAR hakimlərinin xidmətindən istifadə olunurdu. Ümumilikdə bu praktika özünü doğrultsa da, bir ciddi səhvə yol verildi. 33-cü turda ''Fənərbaxça''nın ''Sivasspor''a qarşı səfər oyununun son anlarında VAR-ın müdaxiləsindən sonra qonaqların qapısına çox şübhəli penalti təyin olunmişdu. Nəticədə oyun 2:2-lik bərabərliklə yekunlaşmış və ''Fənər'' çempionluq yolunda çox mühüm 2 xal itirmişdi.

Həmin vaxt VAR hakimi məhz elə Benjamin Brand idi! Ona görə də UEFA-nın bu qərarı ''Fənər'' fanatları arasında heç də birmənalı qarşılanmayıb. O vaxtkı oyundan sonra Türkiyədə sabiq hakimlər və mütəxəssislər də VAR-ın qərarının yanlış olduğunu bildirmişdilər. Ona görə də fransalının 7 aydan sonra yenidən İstanbul nəhənginin oyununa təyinat alması söz-söhbətlərə səbəb olub.

ƏLİ

Chosen
65
football-plus.az

1Sources