Yasamal rayonu, Ə.Ələkbərov küçəsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv edilməsi məqsədilə 27.11.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Bizim.Media xəbər verir ki bu barədə “Azəriqaz” İB-dən bildirilib.
Qeyd edilib ki, təmir-bərpa işləri aparılan müddətdə Ələsgər Ələkbərov, İsmayıl Bəy Qutqaşınlı, Seyfəddin Dağlı, Kazım Kazımzadə küçələrinin qaz təchizatında fasilə yaranacaq.
Bizim.Media