EN

İmamoğlu ilə AKP-çı dilləşdi: "Sus, tərbiyəsiz!

Bu gün İstanbul Böyükşəhər Bələdiyyə Məclisinin iclasında gərgin anlar yaşanıb. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, buna səbəb İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun tribunada çıxışına bələdiyə məclisinin AKP-dön olan üzvünün replika atması olub.

İmamoğlunun "Səhər saat 5-də 65 yaşlı bir kişinin (EsenyurT bələdiyyə sədrinin PKK-çı ittihamı ilə həbs olunan sədri nəzərdə tutulur -Mia.az) evinə basqın etdiniz. Bu, sizin başınıza gəlsə, hansınızın xoşuna gələr? Onu evdən aparırsınız. Onun arvadının yanından yataqda səhərə yaxın tutursunuz, ayıbdır. Üstəlik, yerinə məclisdən seçilmiş şəxs deyil, qəyyum əvəzedici göndərirsən. Belə iş olarmı?" sözlərinə, AKP məclis üzvü yerindən “Çünki o, terrorçudur" deyə reaksiya verib.

Bu replika isə İmamoğlunu qəzəbləndirib: "O adama terrorçu deyirsən, sən kimsən? Hakimsən? Kimsən sən? Bu millətə "terrorçu" deyib seçki qazana biləcəyini düşünürsənsə, qalib gələ bilməzsən. Qoy siz yox, hakim danışsın. Sən kimsən? Sus! Tərbiyəsiz!".

Firudin Səfərli
MİA.AZ

Chosen
19
mia.az

1Sources