EN

Kənar şəxslərin "Neftçi"yə vurduğu ziyan - Belə şeylər olur

AFFA İntizam Komitəsi iclası keçirilib.

Sportinfo.az PFL-ə istinadən xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edildi:

“Səbail” – “Qarabağ” oyununda “Qarabağ” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Qarabağ” klubu 700 manat cərimə edilir (maddə 37);

“Səbail” – “Qarabağ” oyununun 62-ci dəqiqəsində “Səbail” komandasının azarkeşləri tərəfindən lazer işıqdan istifadə edildiyinə görə “Səbail” klubu 500 manat cərimə edilir (maddə 52.5);

“Səbail” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Səbail” klubu 800 manat cərimə edilir (maddə 51.2);

“Neftçi” – “Zirə” oyununun fasiləsində meydançaya kənar şəxslər daxil olduğuna görə “Neftçi” klubu 800 manat cərimə edilir (maddə 51.2);

Turan Tovuz” – “Sabah” oyununda “Sabah” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Sabah” klubu 700 manat cərimə edilir (maddə 37);

“Sumqayıt” – “Şamaxı” oyununun 78-ci dəqiqəsində “Sumqayıt” komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Sumqayıt” klubu 800 manat cərimə edilir (maddə 52.1);

Chosen
18
2
sportinfo.az

10Sources