EN

Tövlədə donuzlar tərəfindən didişdirilmiş meyiti tapılan rusiyalı qızın ölümüylə bağlı şok TƏFƏRRÜAT

Rusiyada donuz axurunda meyiti heyvanlar tərəfindən didilmiş halda tapılan məktəbli qızın ölümü ilə bağlı yeni təfərrüat ortaya çıxıb. 17 yaşlı qızın əslində qonşusu tərəfindən qətlə yetirildiyi müəyyən edilib.

hakimiyyet.az TASS-a istinadən xəbər verir ki, bu barədə Krasnoyarsk diyarı Prokurorluğu məlumat yayıb.

Açıqlamada bildirilir ki, şübhəlinin qızın atası ilə şəxsi münaqişəsi olub. Cinayət də məhz bu düşmənçilik zəminində baş verib. Hadisə zamanı ev sahibləri bazara gediblər. Bu vaxt qonşu mal-qaranı öldürmək məqsədilə sərxoş vəziyyətdə təsərrüfat binasına daxil olub. Qapıda 17 yaşlı qızla rastlaşan şübhəli, onun başına ağacla zərbə endirib. Qız geri çəkilərkən ikinci zərbəni vurub.

Xatırladaq ki, noyabrın 23-də Krasnoyarsk diyarının Uşkanka kəndində donuz axurunda 11-ci sinif şagirdi olan qızın tapılmışdı. Onun başında və bədənində çoxsaylı xəsarətlər qeydə alınmışdı. İstintaq ilkin olaraq qızın öküzün zərbəsi və ya donuzların hücumu nəticəsində ölə biləcəyi versiyasını araşdırıb.

Hazırda məhkəmə-tibbi ekspertiza qızın donuzlar tərəfindən didildiyi vaxt sağ olub-olmadığını müəyyənləşdirir. İlkin rəyə görə, qızın ölümü bud arteriyasının zədələnməsi nəticəsində baş verən qan itkisi səbəbindən olub.

Tövlədə donuzlar tərəfindən didişdirilmiş meyiti tapılan rusiyalı qızın ölümüylə bağlı şok TƏFƏRRÜAT

Chosen
36
2
hakimiyyet.az

3Sources